"AccessBank" daha bir nüfuzlu mükafata layiq görülüb


"AccessBank" "Raiffeisen Bank International AG" tərəfindən nüfuzlu "STP Quality Award" mükafatına layiq görülüb.


STP (Straight-Through Processing) beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisidir. Müvafiq standartların qorunması hesabına avtomatlaşdırılmış rejimdə ödənişləri manual müdaxilə olmadan həyata keçirmək mümkündür ki, bu da əməliyyatların olduqca sürətli baş tutmasına şərait yaradır.

 

"AccessBank"ın Ödənişlər və hesablaşmalar üzrə meneceri Yeganə İbrahimova: "Belə bir nüfuzlu mükafata layiq görülməyimiz bir daha komandamızın peşəkarlığının və tətbiq etdiyimiz texnologiyaların və xidmətlərin effektivliyinin göstəricisidir. Bununla yanaşı, biz durmadan daxili proseslərin və xidmət səviyyəmizin daha təkmilləşdirilməsi üzərində çalışırıq".

 

Mükafatlandırma mərasimi Bakıda keçirilən "RBI Cash Management" adlı seminar çərçivəsində baş tutub.

 

"AccessBank" müştərilərinə əsas valyutalarda beynəlxalq hesablaşmalar da daxil olmaqla, kompleks maliyyə xidmətlərini təklif edir. Geniş müxbir hesab şəbəkəsinin mövcudluğu bankın müştərilərinə yüksək keyfiyyətli hesablaşmaların həyata keçirilməsinə imkan verir.

 


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....