S.C.Pişəvari adına Gimnaziya Azərbaycan 1-cisi oldu

S.C.Pişəvari adına Gimnaziya Azərbaycan 1-cisi oldu


6 aprel 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mars Academy və ADA Universitetinin təşkilatçılığı iləFIRST LEGO LEAGUE (FLL) – STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı 10-16 yaşlı məktəblilər arasında robot texnologiyaları beynəlxalq olimpiadası keçirildi. Turnirin bu ilki mövzusu kosmosa həsr olunub və "Into Orbit” adlanır.

Yarışa ölkə üzrə 30 məktəbdən ən güclü komandalar qatılmışdır.

Şagirdlər "Əsas dəyərlər”, "Robot dizaynı”, "Layihə təqdimatı” və "Robot oyunu” adlı 4 kateqoriya üzrə yarışdılar. Həmin kateqoriyalar üzrə qiymətləndirmə isəTürkiyə Respublikasından dəvət olunmuş beynəlxalq ekspertlər və ADA Universitetinin müəllimləri tərəfindən aparıldı.

Yarışda iştirak edən komandalar hamısı güclü, biri-birinə rəqib və dost idilər. Bu komandalardan biri də S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının "Mübarizlər" komandası idi. Layihə rəhbəri Sona Həmzəyeva, layihə rəhbərinin köməkçisi Kərim Kərimov və komanda üzvləri: Fərid Seyidov, Səid Nağıyev, Sənan Fərzəlizadə, Nizami Məmmədov, Rauf İmaməliyev, Cavanşir Qurbanov idi.

"Mübarizlər" komandası dörd kateqoriya üzrə yarışa tam hazır olduqları üçünyüksək nəticə göstərərək turnirin qalibi oldu. Turnirin digər qalibi isə Bakı Modern məktəbinin komandası oldu.

Kuboku komandaya Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov təqdim etdi.

Hər 2 komanda üzvləri "Yaşıl Mars" layihəsini həyata keçirəcək ən yaxşı robotları proqramlaşdıraraq ölkəmizi 22-25 may tarixlərində Türkiyə Açıq Beynəlxalq Çempionatında təmsil edəcəklər.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...