Seyf qutunuz AGBankda olsun!

Seyf qutunuz AGBankda olsun!
AGBank, 01 avgust 2019-cu il tarixinədək "Seyf qutunuz AGBankda olsun!” kampaniyasını keçirir.

Kampaniyanın şərtlərinə əsasən, seyf özəyinin icarə müddəti 6 ay olarsa, əlavə 3 aylıq icarə müddəti hədiyyə, 12 aylıq olarsa isə, əlavə 6 ay icarə müddəti hədiyyə olaraq təqdim edilir.

Misal üçün, müştəri 6 aylıq icarə üçün ödəniş edərsə, seyf özəyindən 9 ay, 12 aylıq icarə üçün ödəniş etdiyi halda isə, seyf özəyindən 18 ay yararlana biləcəkdir.

Qeyd edək ki, seyflərin mühafizəsi ən son təhlükəsizlik və qorunma texnologiyalarına etibar edilib. Belə ki, seyf otağı xüsusi olaraq nəzərdə tutulmuş həyəcan siqnalları, hərəkət və titrəmə detektorları ilə mühafizə olunur. Bundan əlavə, seyf otağının giriş qapısı yüksək qorunma kateqoriyasına aiddir və barmaq izinin oxunması funksiyası ilə təchiz edilib. Seyf qutuları qiymətli metallar, daş-qaşlar, valyuta, vacib sənədlərin istər əsli, istərsə elektron daşıyıcıda elektron versiyasını və digər əşyalarınızı mühafizə edə biləcəyiniz ən etibarlı yerdir. Hər bir qutunun iki açarı vardır. Hər iki açardan istifadə hüququ yalnız sahibinə məxsusdur.

Seyf qutuları AGBankın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 102A, City Point Biznes Mərkəzində olan Baş ofisində yerləşir.

AGBank. Zəngin olmaq – haqqınızdır!

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...