“Ərdoğanın siyasi mövqeyi xeyli sarsıldı” – Politoloq

“Ərdoğanın siyasi mövqeyi xeyli sarsıldı” – Politoloq
Türkiyədə bələdiyyə seçkiləri çox gərgin mübarizə şəraitində keçdi. Bildiyiniz kimi, əsas mübarizə "Cümhur ittifaqı” ilə "Millət ittifaqı” arasında gedirdi. Sözün əsl mənasında səsvermə proqnoza uyğun gəlməyən nəticələrə gətirib çıxardı.

Bunu açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, CHP-nin təmsil olunduğu "Millət ittifaqı” Türkiyənin 10 böyük şəhərindən 7-də qələbə qazandı:

"Düzdür, İstanbul məsələsində müəyyən vurnuxmalar var. Amma İstanbulun da taleyi həll olunub. Bu məsələ də bitib. Üstəlik, bunun sayəsində "Cümhur ittifaqı”nın səs faizi xeyli aşağı – 44 faizə düşüb. Əvəzində "Millət ittifaqı”nın səsləri 52 faizə yaxınlaşır. Bütün bunlar onu göstərir ki, ölkədə 17 ilə yaxındır hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasından həm narazılıq var, həm də ölkədə inflyasiyanın artması, qiymətlərin durmadan bahalaşması əhali içərisində hakimiyyətə qarşı mənfi hisslər formalaşdırıb. Zənnimcə, bu seçki AKP-nin bəlkə də müəyyən qədər uğur qazandığı son seçki ola bilər. Türkiyədə yaxın 4 il ərzində seçki olmayacaq. Dörd ildən sonra isə prezident seçkisi olacaq ki, Ərdoğanın nə yaşı, nə də partiyasının indiki reytinqi ona həmin seçkidə uğur qazanmağa çətin imkan versin”.

Q.Hüseynli hesab edir ki, bu nöqteyi-nəzərdən son seçki bir çox məsələləri yerbəyer etdi:

"Əvvəla, AKP-nin, eləcə də Ərdoğanın siyasi mövqeyi xeyli sarsıldı. Bunun əvəzində CHP və onun lideri Kamal Kılıcdaroğlunun reytinqi və cəmiyyətdəki nüfuzu xeyli yüksəldi. Üstəlik, belə məlum oldu ki, cəmiyyətdə Milliyyətçi Hərəkat Partiyasının da mövqeyi xeyli aşağı imiş. Onsuz da MHP indiyədək iki yerə bölünmüşdü. Ondan qopub ayrılan və Meral Akşenerin başçılıq etdiyi İyi Partiya seçkidə MHP-dən azı 2,5 faiz yüksək nəticə göstərdi. Bütün bunlar onu göstərir ki, qopub ayrılan hissə daha çox formalaşmış partiyaya bənzəyir və siyasi həyatda fəallığı ilə seçilir”.

Politoloq qeyd edib ki, seçkilər Türkiyədə yavaş-yavaş da olsa, müəyyən dəyişikliklərə, hətta ola bilsin xarici siyasi xətdə də müəyyən yeniliklərə səbəb ola bilər:

"Bu seçki bir-iki ildən sonra növbədənkənar seçkinin keçirilməsinə də gətirib çıxara bilər. Çünki ölkədə siyasi qüvvələrin nisbəti artıq dəyişib. Bu dəyişikliyin siyasi həyatda fiksasiya edilməsinə ehtiyac yarananda növbədənkənar parlament seçkiləri keçirilə bilər ki, bu da sözün həqiqi mənasında cəmiyyətin siyasi həyatında çox böyük dəyişikliklərə gətirib çıxara bilər. Hazırda Türkiyə siyasi sistemində prezident üsul-idarəsi mövcuddur. Parlament üsul-idarəsindən imtina edilib. İndi seçkidə önə çıxan CHP isə köhnə siyasi sistemə qayıdışın anonsunu verməkdədir. Yəni, prezidentin simvolik hakimiyyəti, baş nazir vəzifəsinin yenidən bərpa edilməsi, parlamentin və baş nazirin səlahiyyətlərinin genişləndirilməsi kimi məsələlər indidən gündəmə gəlməkdədir. Bir sözlə, bu seçki göstərdi ki, siyasi həyatda kiçik bir xəta, kiçik bir ehtiyatsızlıq demokratik cəmiyyətlərdə seçicilər tərəfindən belə deyək, ciddi qisas almağa gətirib çıxarır”.Teleqraf
 

OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...