Ermənistan müdafiə nazirinin hücum hədəsinə cavab: “Apreli unutma…”

Ermənistan müdafiə nazirinin hücum hədəsinə cavab: “Apreli unutma…”
 

Ermənitsanın müdafiə naziri David Tonayanın Vyana görüşündən sonra Azərbaycana hədə-qorxu gəlməsi ictimaiyyət tərəfindən ciddi qarşılanmadı.

 

Erməni rəsmilərinin dəfələrlə belə çıxışları olsa da bu dəfə prezidentlərin son danışıqlarından dərhal sonra baş verməsi Ermənistan rəhbərliyinin nə qədər populist olduğunu bir daha göstərmiş oldu.


Hərbi ekspert Tərlan Eyvazov Sfera.az-a açıqlamasında bunu erməni nazirinin peşəkar olmaması ilə əlaqələndirib:"Tonayan özü peşəkar hərbçi deyil. Polis sistemində işləmiş adamdı. Onun çıxışı isə populizt xarakterli çıxşdı. Çünki ciddi siyasi çəkisi, mövqeyi olan şəxslər belə açıqlamalar vermirlər. Bir tərəfdən sən danışıqlara gedirsən, digər tərəfdən bütün beynəlxalq qaydaları, mövqeləri ayaqlar altına alırsan”.

 

Ekspert Azərbaycan tərəfinin reaksiyasını yüksək qiymətləndirib: "Azərbaycan tərəfi yenə də sağlam mövqeyini qorudu. Göstərdi ki, beynəlxalq hüquqa, prinsiplərə hörmət edir. Tonayanın belə bəyanatlar verməsi üçün heç bir əsas yoxdu. Ermənistanın bugünki durumu, iqtisadiyyatı, ordusu, demoqrafiq vəziyyəti hamıya bəllidir”.


Tərlan Eyvazov onu da vurğuladı ki, Tonayanın müharibə qoxulu bəyanatı əslində bizim xeyrimizədir: "Əgər onlar dediklərinə əməl edərək bizə hücum etsələr Azərbaycanın hərbi qüdrətini nümayiş etdirmək üçün daha bir fürsəti olacaq. Bu halda erməni tərəfi 3 il əvvəl, 2016-cı ilin aprel döyüşlərində olduğu kimi yenə böyük itkilərlə üzləşərək geri çəkilməyə məcbur olacaqlar”.

 

 

 

Orxan


OXŞAR XƏBƏRLƏR