Tələbə təqaüdləri ilə bağlı dəyişiklik - Baş nazir qərar verdi

Tələbə təqaüdləri ilə bağlı dəyişiklik - Baş nazir qərar verdi
 

"Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

 

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində, həmçinin magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında akademik məzuniyyət götürən doktorant və tələbələrə cari tədris semestri müddətində təqaüd tam həcmdə ödəniləcək və həmin şəxs akademik məzuniyyətdən qayıtdıqda ona təqaüd yalnız növbəti imtahan sessiyasının nəticələrinə əsasən ümumi əsaslarla veriləcək. Peşə təhsili müəssisələrində akademik məzuniyyət götürən tələbələrə təqaüdün verilməsi onlar akademik məzuniyyətə getdiyi gündən dayandırılacaq və akademik məzuniyyətdən qayıtdıqda tələbələrə təqaüdün verilməsi davam etdiriləcək.

 

Qüvvədə olan qaydaya əsasən, hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş doktorant və tələbələrə səhiyyə müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən onlara müəyyən olunmuş müddətdə (cari tədris semestrinin müddətindən çox olmayaraq) təqaüd tam həcmdə ödənilib.


OXŞAR XƏBƏRLƏR

65 yaşlı müəllimdən imtahanda yüksək nəticə

Ümumi təhsil müəssisələrində riyaziyyat fənnini tədris edən müəllimlər üçün sertifikatlaşdırılma imtahanında könüllü iştirak edən 65 yaşlı müəlim yüksək nəticə ...

Azərbaycanda toyda kütləvi zəhərlənmə - ADLAR - YENİLƏNDİ - 2

Ağstafada toyda zəhərlənənlərin sayı artıb.   Sfera.az-ın məlumatına görə, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy...

Olland: "Fransada makronizm erası bitmək üzrədir"

“Fransada makronizm (Fransa prezidenti Emmanuel Makron - Qeyd) erası bitmək üzrədir”.   Sfera.az xəbər verir ki, bu barədə Fransanın keçm...

Bolqar şahzadəsinin illər ərzindəki dəyişimi görənləri şoka salır - Fotolar

Bolqarıstan şahzadəsi Kalina təkcə həyatındakı qalmaqallı anları ilə tanınmır. Onun xarici görünüşündə baş verən dəyişikliklər son vaxtlar cəmiyyətdə narahatlıq...

Qax və Zaqatala sakinləri Alazan çayında BATDILAR

Qax və Zaqatala sakinləri Alazan çayında batıblar.   Sfera.az-ın məlumatına görə, iyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Hümbətov Rövşən Hü...

Pakistan genişmiqyaslı antiterror əməliyyatına BAŞLADI

Pakistanın Baş naziri Şahbaz Şərif yeni genişmiqyaslı antiterror kampaniyasını təsdiqləyib.   Sfera.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin...