\"Atletiko\"nun prezidentindən Qrizmann açıqlaması

\
İspaniyanın "Atletiko" klubunun prezidenti Enrike Sereso komandanın hücumçusu Antuan Qrizmannın gələcəyi barədə açıqlama verib.
 
Klub rəhbəri Fransa millisinin üzvünün Madrid təmsilçisindən ayrılmayacağını deyib: "Qrizmann komandada qalacaq, bu, dəqiqdir. Bunu təsdiq edirəm".
 
Qeyd edək ki, 28 yaşlı hücumçunun "hindular"la mqaviləsi 2023-cü ilə qədərdir. Qrizmann cari mövsüm 40 oyuna 18 qol vurub, 9 assist edib. 

OXŞAR XƏBƏRLƏR