Azərbaycanda 25 yaşlı oğlan öldürülüb –Meyit hissələrə bölünərək üç rayonda basdırılıb

Azərbaycanda 25 yaşlı oğlan öldürülüb –Meyit hissələrə bölünərək üç rayonda basdırılıb
Azərbaycanda 25 yaşlı oğlan öldürülüb, meyit hissələrə bölünərək üç rayonda basdırılıb.

Sfera.az "Report”a istinadən xəbər verir ki, qətl hadisəsi Masallı rayonunda baş verib.

Məlumata görə, 2018-ci ilin dekabr ayında Cəlilabad rayonu, Göytəpə şəhərində R.Kazımovun yaşadığı mənzildən televizor və oyun aparatı oğurlanıb. Hadisəni törətmiş Teymur Məmmədov və Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Əli Ələkbərli tutulub, onun həmyerlisi Sahib Mahmudov isə müəyyən edilib.

Bir müddət sonra – bu ilin yanvar ayının 28-də S.Mahmudovun yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildirib. O, həmin gündən itkin düşmüş şəxs kimi axtarışa verilib.

Bu il martın 28-də Ə.Ələkbərlidən narkotik maddə götürülüb və o, tutulub. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində Ə.Ələkbərlinin yanvarın 25-də Masallı rayonunda yerləşən "ADU Piramida” istirahət mərkəzində S.Mahmudovu bıçaqla qətlə yetirdiyi məlum olub. Məlum olub ki Ə.Ələkbərli meyiti Altay Ağamalızadəadlı tanışının köməyi ilə avtomobilə qoyaraq Neftçala rayonuna aparıb. Orada meyit yandırılıb. Meyitin tam yanmadığını görən Ə.Ələkbərli və A.Ağamalızadə cəsədi avtomobillə İmişli rayonuna aparıb. İmişli rayonunda meyit balta ilə hissələrə bölünüb. Həmin şəxslər meyitin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonlarının ərazilərində basdırıblar. Hazırda A.Ağamalızadə və Ə.Ələkbərli saxlanılıb, onlara qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Milli Məclis büdcənin icrasını təsdiqlədi

Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi qəbul edilib. ...

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olundu

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub.   Sfera.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə...

Konstitusiya Məhkəməsinə yeni hakimlər TƏYİN OLUNDU – ADLAR

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub.   Sfera.az xəbər verir ki, layihə Milli Məclisin bu gün keçirilən iclasında səsə qoyularaq ...

Prezident İlham Əliyev Donald Trampı təbrik edib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbər verir k...

DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimovun qanunsuz hərəkətlərinə görə Rusiya vət...

Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”

“Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə uğurla inkişaf etməkdədir. Məlum olduğu kimi, keçən il Daşkənddə Azərbaycan Prezidenti cən...