“Vaqif Mustafayev bizə olan 70 min borcunu vermir”- Tahir İmanov

“Vaqif Mustafayev bizə olan 70 min borcunu vermir”- Tahir İmanov
"Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov demokrat.az saytına müsahibəsində "Space” televiziyası ilə bağlı həqiqətləri danşıb.

Sfera.az həmin hissəni təqdim edir:

– Ölkə prezidenti İlham Əliyev bu yaxınlarda mədəniyyət nümayəndələri ilə görüş keçirdi. Siz də ölkə başçısı ilə görüşənlər arasında idiniz. Orada prezidentə telekanalların sizə olan qadağasından danışdınız. Bu görüşdən sonra dəyişən nə olub?

– "Space” TV də öz ampluasında qalır. Mən heç o telekanala qayıtmaq da istəmirəm. Çünki bu telekanal əvvəlcə "Planet Parni iz Baku”ya öz borcunu ödəməlidir. 2012-ci ildə ölkə başçısının ehtiyat fondundan Azərbaycan serialları üçün ayrılmış pullardan bizə gəlib çatmayıb. O vaxt bizə "Bir kəndin sevinci” serialını çəkdirdilər, amma pulumuzu vermədilər. Dedilər ki, pulumuz yoxdur. Bu telekanal indiyədək bizə həmin pulu borcludur. Özü də bu borc devalvasiyadan əvvəlki kursladır.

– Təxminən borc nə qədər məbləğ təşkil edir?

– Təxminən 70 min. Bizə ilk qadağanı da məhz "Space” telekanalı qoyub. O vaxt telekanalın rəhbəri Vaqif Mustafayev öz mövqeyini açıq-aydın bildirsəydi, başqalarının fikri ilə oturub-durmasaydı, heç bu gün belə xırda problem də işıq üzü görməzdi.

– Xatırlayıram ki, "Space” telekanalı vaxtilə "Məhəllə” və "Məhəllə 2” filmlərini göstərirdi. Monitorinq aparmısınızmı ki, qadağadan sonra bu telekanal həmin filmləri göstərir?

– Bizim icazəmiz olmadan heç bir layihəmizi efirdə göstərə bilməzlər. Çünki burada müəllif hüquqları var. Heç biz buna razı olmarıq ki, göstərilək. Çünki "Space”in daha böyük layihələri var: hind kinoları (gülür). Ona görə də mən inanmıram ki, onlarda "Məhəllə” üçün yer tapılsın.

OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...