Ronaldoya ağır cəza verildi

Ronaldoya ağır cəza verildi
UEFA Ronaldo ilə bağlı qərarını verib. Portuqaliyalı ulduz Çempionlar Liqasının 1/8 finalının "Atletiko” ilə cavab matçında etdiyi qeyri-etik jestə görə canını yüngül cəza ilə qurtarıb.

Bununla bağlı qurumun bugünkü iclasında qərar verilib. "Yuventus”un hücumçusu 20 min avro cərimə ödəyəcək. Futbol ictimaiyyətinin ehtimallarına görə isə portuqaliyalı bir neçə matç cəzalana bilərdi.

Qeyd edək ki, Ronaldo "Atletiko” ilə görüşdə het-trik etməklə komandasını növbəti mərhələyə yüksəldib. O, 3-cü qoldan sonra sevincini qeyri-etik şəkildə qeyd edib. Ronaldo bununla ilk görüşdə eyni jesti edən "Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə cavab verib. Simeone də bu hərəkətinə görə UEFA tərəfindən 20 min avro cərimələnmişdi.

 

OXŞAR XƏBƏRLƏR