Prezident sərəncam imzaladı

18:02 / 18.03.2019
4284
Azərbaycan Prezidenti İlham Əliyev Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, bu məqsədlə 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 6 807 400 (altı milyon səkkiz yüz yeddi min dörd yüz) manatı Səhiyyə Nazirliyinə ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.