Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə getdi

Gündəm
13:30 / 17.03.2019
8628
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çili, Argentina, Uruqvay və Paraqvaya rəsmi səfərə yola düşüb.
Sfera.az Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, səfər çərçivəsində nazirin bu ölkələrdə ikitərəfli görüşlərinin keçirilməsi, eləcə də Buenos-Ayres şəhərində keçiriləcək Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında iştirakı nəzərdə tutulub.