Ramil Şeydayev öz ad günündə də fərqləndi: üç turda üç qol

Ramil Şeydayev öz ad günündə də fərqləndi: üç turda üç qol
Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev Rusiya Premyer Liqasının 20-ci turunda növbəti qolunu vurub.

Xəbəri R.Şeydayevin çıxış etdiyi "Krılya Sovetov” klubunun saytı yayıb.

Bildirilir ki, futbolçumuz  martın 15-də "Anji” klubuna qarşı keçirilən qarşılaşmanın 88-ci dəqiqəsində penaltini qola çevirə bilib.

"Krılya Sovetov”da çıxış edən digər Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov isə qarşılaşmanın 28-ci dəqiqəsində vurulan ilk qolda məhsuldar ötürmə ilə yadda qalıb.

"Krılya Sovetov” qarşılaşmanı 3:0 hesablı qələbə ilə başa vurub. Bu qələbədən sonra samaralılar 19 oyundan 24 xalla turnir cədvəlində 10-cu pilləyə yüksəliblər.

Xatırladaq ki, martın 15-də 23 yaşı tamam olan R.Şeydayev bundan əvvəl "Lokomotiv” və "Yenisey” ilə qarşılaşmalarda fərqlənə bilib. Bu, onun üç ardıcıl turda üçüncü qoludur.


OXŞAR XƏBƏRLƏR

Prezidentin sosial şəbəkə hesablarında Xankəndidəki Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...