Rusiya azərbaycanlılara müraciət etdi: Sizi Ermənistana buraxmırlarsa, bizə deyin!

Rusiya azərbaycanlılara müraciət etdi: Sizi Ermənistana buraxmırlarsa, bizə deyin!

 


Moskva indiyədək Bakıdan Rusiya XİN-in erməni əsilli rusiyalılar barədə bəyanatlarına cavab almayıb.

 

"Sputnik Ermənistan” xəbər verir ki, bunu jurnalistlər üçün növbəti brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

Xatırladaq ki. Rusiya Xarici İşlər Nazirliyi martın 12-də "erməni millətinə dolayı, yaxud birbaşa aidiyyat əlamətləri olan” rusiyalılara müraciət etmişdi ki, Azərbaycana səfərlər planlaşdırarkən riskləri ətraflı götür-qoy etsinlər.

 

"O ki qaldı məsləhətləşmələrə, Rusiya tərəfindən yaranmış vəziyyətlə bağlı narahatlıq dəfələrlə azərbaycanlı həmkarlarımızın diqqətinə çatdırılıb. Təəssüf ki. cavab verilməyib”, - Zaxarova qeyd edib.


 

 

 

Rusiya XİN rəsmi nümayəndəsinin sözlərinə görə, rəsmi cavab verilməsə də, Azərbaycandan qeyri-rəsmi reaksiyalar var.


 

"Mən mətbuatda şərhlərə və müsahibəyə rast gəlmişəm ki. guya Azərbaycan köklərinə malik rusiyalılar da analoji problemlərlə üzləşirlər. Şəxsən məşhur adamlardan birinin (Rövşən Əsgərovun müsahibəsi nəzərdə tutulur – red.) müsahibəsini oxudum və çox təəccübləndim. Əgər belə faktlar varsa – yeri gəlmişkən, həmin müsahibədə irad var idi ki, nəyə görə Rusiya XİN bu hallarla maraqlanmır, əgər belə hallar varsa, bizim bunlardan xəbərimiz yoxdur. Xahiş edirik ki, bu cür hallar barədə bizə məlumat verilsin. Biz regiondan və ölkədən asılı olmayaraq reaksiya veririk. Biz konkret hallara reaksiya veririk”, - Zaxarova bildirib.

 

Virtualaz.org



OXŞAR XƏBƏRLƏR

Siam əkizləri möcüzəvi şəkildə ayrıldı: Əməliyyatda 16 həkim iştirak edib

Braziliyanın Qoias əyalətində cərrahlar döş qəfəsi, qarın və çanaq nahiyəsindən bir-birinə bağlı olan bir yaşlı siam əkizləri Kiraz və Arunanı ayırmaq üçün mürə...

“Gözünü çıxarıb, üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...