“Media kapitanlarına qonaqlıq verməklə deyil...” – Ekspertdən Təhsil Nazirliyinə sərt ittihamlar

“Media kapitanlarına qonaqlıq verməklə deyil...” – Ekspertdən Təhsil Nazirliyinə sərt ittihamlar
 

"Orta məktəblərdə müxtəlif adlar altında şagirdlərdən pul yığılması davam edir. Görünən odur ki, prosesdə Təhsil Nazirliyinin özünün marağı var”.


Sfera.az-a açıqlamasında bu sözləri dəfələrlə deyilməsi və yazılmasına rəğmən orta məktəblərdə müxtəlif bayram günlərində şagirdlərdən pul yığımı kimi neqativ halın davam etməsinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.

 

Onun dediyinə görə, cəzasızlıq mühiti belə vəziyyətin kütləvi xarakter almaqda davam etməsinə gətirib çıxarıb:

 

"Təəssüf ki, Təhsil Nazirliyi təhsildə baş verən neqativ hallara müdaxilə etmir. Onlar öz işlərini hansısa ağacəkmə kampaniyası keçirmək, yaxud da media kapitanlarını yığıb qonaqlıq verməklə bitmiş hesab edirlər. Bu yolla da medianın təhsildə yaranan neqativ hallardan yazmasına son qoymaq istəyirlər. Yəni, xəstəliyi müalicə etmək əvəzinə, sadəcə onu cəmiyyətdən uzaqlaşdırmağa çalışırlar. Təhsildə baş verən neqativ halların başında qeyri-qanuni pul yığımı prosesi dayanır. Hazırda X-XI-ci sinifdə oxuyanların əksəriyyəti dərsə demək olar ki, gəlmir. Direktorlar onlardan aylıq pul almaqla repetitorların yanına getmələrinə şərait yaradır.

 

Ekspertin sözlərinə görə, cəzasızlıq və məsuliyyətsizliyin nəticəsidir ki, orta məktəblərdə müxtəlif bayramlar ərəfəsi şagirdlərdən pul yığımı kimi neqativ hallar hələ də davam edir:

 

"Prosesin qəbuledilməz tərəfi də odur ki, 8 mart bayramı ərəfəsi imkansızlıqdan pul verə bilməyən və yaxud az verən valideynlərə qarşı müəllimlər iyrənc hərəkətlərə yol verirlər. Təhsil Nazirliyi mediaturlara, mənasız tədbirlərə ayırdığı pulları müəllimlər arasında bölüşdürsə, onlar da şagirdlərin cibinə baxmaz. Yaxud da bu tipli əhəmiyyətsiz tədbirlərə xərclənın pulla dağılmış, qəzalı vəziyyətdə olan məktəbləri təmir etdirmək olar. Lakin Təhsil Nazirliyi orta məktəblərdə hökm sürən bu kimi neqativ halların qarşısını almaq üçün heç bir iş görmür. Fakt var və ona əsasən də cəza mexanizmi tətbiq edilməlidir. Məktəblərdə hökm sürən bu neqativ hal təhsilin keyfiyyətinə, uşaqların psixologiyasına da pis təsir göstərir. Əsasən də pul yığımı prosesi ibtidai siniflərdə baş verir, burada valideynlərə təzyiq göstərirlər. Aydın şəkildə görünür ki, prosesin belə davam etməsində Təhsil Nazirliyinin özünün də marağı var. Elə olmasaydı onlar anonim sorğularla razılaşardılar. Ancaq nazirlik bu istiqamətdə anonim müraciətləri qəbul etmir. Kifayət qədər valideyn məktəbdə pul yığılması ilə bağlı şikayət etsə də, nazirlik, təhsil idarələri məktəbi, müəllimi cəzalandırmaq əvəzinə, həmin məktəbdəki uşaqları cəzalandırıb.Ona görə də həmin neqativ hallar davam edir. İndiyə kimi heç bir məktəb direktoru qanunsuz pul yığımına görə cəzalandırılmayıb. Cəzasızlıq mühiti bu halların kütləvi olaraq qalmasına gətirib çıxarır. Deməli, təhsilin yuxarı pilləsində dayananların burada öz maraqları var. Ona görə də həmin hallara göz yumurlar”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...