Prezident səlahiyyətli orqanların müəyyən edilməsi ilə bağlı sərəncam imzaladı

Prezident səlahiyyətli orqanların müəyyən edilməsi ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev "Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Soçi şəhərində keçirilmiş 2017-ci il 11 oktyabr tarixli iclasında imzalanmış "Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”u Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilirlər.

Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən Protokolun Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR

Xorvatiya prezidenti İlham Əliyevə başsağlığı verdi

Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir: ...

Dövlət Komissiyasının növbəti iclası keçirildi

Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının növbəti iclası keçirilib.   Bu barədə Sfera.az-a Na...

"Qəlpələr təyyarənin içinə daxil olmuşdu" - Qəzaya uğrayan təyyarənin bələdçisi -VİDEO

"Birinci zərbədən sonra oksigen maskaları açıldı və biz sərnişinlərə müraciət etmək istəyərkən ikinci zərbə baş verdi".   Sfera.az xəb...

Əsədin qohumları Beyrut hava limanında saxlanıldı

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızı saxta pasportlarla Beyrutu tərk etmək istəyərkən Livan təhlükəsizlik xid...

Azərbaycanda saxlanılan futbolçuların adları AÇIQLANDI

Azərbaycanın I Liqasında mübarizə aparan "Mingəçevir" klubunun saxlanılan futbolçularının kimliyi məlum olub.   Sfera.az xəbər ve...

Bakıda əməliyyat: 24 nəfər saxlanılıb - VİDEO

Sabunçu rayonunda dekabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb.   Sfera.az xəbər verir ki, Rayon Polis...