Rus saytı Vidadi İsgəndərlini tənqid etdi

Rus saytı Vidadi İsgəndərlini tənqid etdi
Rusiyanın "Novıe İzvestiya” saytında Azərbaycandan Gürcüstana qaçan, daha sonra Fransadan siyasi sığınacaq alan Vidadi İsgəndərli ilə bağlı material yayımlanıb. Məqalədə qeyd olunur ki, V. İsgəndərli "Youtube”da öz aqressiv və təxribat xarakterli iddiaları ilə hamını təəccübləndirməyə davam edir. 

Bildirilir ki, Vidadi İsgəndərlinin uzun zamandır həmyerlilərini onu unutmamağa məcbur etməsi uğursuzluqla nəticələnir. Ola bilsin, İsgəndərli qalmaqallı çıxışları ilə Azərbaycanda oxucu və tərəfdar kütləsi toplayacağını zənn edir. Bu yöndə İsgəndərli onun kimi Avropaya qaçıb Rusiya əleyhinə çıxışlar edən müxalifətçi-ekstremist Vladislav Maltsevə bənzəyir. Maltsevin proqnozları gerçəkləşməyib, onun aqressiyası konstruktiv deyil, ruslar artıq uzun müddətdir anti-Rusiya fikirləri ilə pul qazanmış "inqilabçı”dan imtina ediblər.

Qeyd edilir ki, İsgəndərli sonuncu çıxışlarından birində Qarabağ münaqişəsi ilə bağlı versiyalarını mənbələri-Ermənistanın eks-prezidenti Robert Köçaryanın xalası oğlu Sergeyt Akopyanla "Mıtişinskaya” vəkillər kollegiyasının Moska dairəsi üzrə eks-rəhbəri Araz Mirzabekyanaq əsasən irəli sürüb.

Mirzabekyan, Akopyan və İsgəndərli 1988-ci ildə Xarkov Ədliyyə İnstitutundan məzun olublar. Onlar nəinki eyni qrupda təhsil alıblar, həmçinin eyni yataqxanada yaşayıblar. 

Vidadi İsgəndərli bu institut dostları ilə əlaqəsini pozmayaraq onlarla müzakirələr aparıb və görünür ki, öz üzərində onların təsirini və nüfuzunu hiss edib.

Müxalif fikirdə olmaq, müntəzəm olaraq Azərbaycana qarşı nifrət bəsləmək onun əleyhinə dividentlər gətirir. Hətta, demokratik Gürcüstanda İsgəndərlinin fəaliyyətinin bu ölkənin standartları üçün qəbuledilməz olunduğu bildirilib. Nə Qafqazda, nə də Zaqafqaziyada Vidadi İsgəndəli kimi ölkəsini və xalqını təhqir etmək qəbuledilməz sayılır.qafqazinfo

OXŞAR XƏBƏRLƏR

Siam əkizləri möcüzəvi şəkildə ayrıldı: Əməliyyatda 16 həkim iştirak edib

Braziliyanın Qoias əyalətində cərrahlar döş qəfəsi, qarın və çanaq nahiyəsindən bir-birinə bağlı olan bir yaşlı siam əkizləri Kiraz və Arunanı ayırmaq üçün mürə...

“Gözünü çıxarıb, üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...