Ermənilər elə qələmə verməyə çalışır ki - ekspertdən Rusiya XİN-nin açıqlamasına münasibət

Ermənilər elə qələmə verməyə çalışır ki - ekspertdən Rusiya XİN-nin açıqlamasına münasibət
"Əslində burada qeyri-adi heç nə baş vermir. Bu həmişəki şimal ayısıdır və o yenə də eyni qaydada davranmaqda davam edir”
 
Sfera.az-a açıqlamasında bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycana gedən vətəndaşlarına təhlükə barədə xəbərdarlıq etməsinə münasibət bildirərkən siyasi icmalçı Azər Həsrət deyib: 
"Rusiya həmişə belə olub. İlk dəfə deyil ki, azərbaycanlılara qarşı Rusiya bazarlarında kobud və zorakılıqla müşayiət olunan hərəkətlərə yol verilir. Eyni zamanda, ilk dəfə deyil ki, Rusiya öz vətəndaşlarına Azərbaycana gedərkən diqqətli olmaq barədə çağırışlar edir. Hər zaman Moskva tərəfindən belə addımlar atılıb”. 
Ekspertin fikrincə, sadəcə olaraq bəzi üçüncü qüvvələr, xüsusən də ermənilər sui-istifadə etməklə həmin situasiyanı Moskvanın mütləq şəkildə Azərbaycanı cəzalandırması, onu küncə sıxmaq istəyi kimi dəyərləndirməyə çalışırlar: 
"Çünki ermənilərə arası dəyən Rusiya ilə Azərbaycan lazımdır. Təbii ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun ermənilərə müsbət, azərbaycanlılara isə fərqli yanaşmasından xəbərdarıq. Həmin qurumun Azərbaycan-Ermənistan münasibətlərilə bağlı verdiyi açıqlamalarda da bu hiss olunur. 

Amma ümumilikdə götürdükdə, Rusiya elə bir dövlətdir ki, onun hərəkətlərini proqnozlaşdırmaq, əməllərini dəyərləndirmək asan deyil. Bir çox hallarda Rusiyada kriminal məqamlar üstünlük təşkil edir. Hətta onlar dövlət qurumuna qədər gəlib çıxıblar. Rusiyada hətta siyasi müstəvidə haqq-hesab çəkmək halları adi haldır. Rusiya XİN-nin həmin bəyanatında sözsüz ki, siyasi məqamlar da var. Moskva Cənubi Qafqazda öz təsirini qoruyub saxlamağa çalışır. Belə bir şəraitdə Azərbaycanın da asılı vəziyyətə salınması üçün müxtəlif addımlar atırlar.Yəni XİN-in həmin əməlinin arxasında bu amil də dayana bilər. Amma Moskva təkcə Azərbaycana gedən vətəndaşları üçün deyil, digər ölkələrə gedənlərə də anoloji çağırışlar edir. Eyni şeyi Azərbaycan, ABŞ da edir. Sadəcə olaraq, həmin məlumatlar periodik olaraq yenilənir. Yenilənəndə də onu ictimailəşdirirlər. Lakin dediyim kimi bundan istifadə etməyə çalışan üçüncü qüvvənin varlığını da unutmamalıyıq. Xüsusən də ermənilər onu elə qələmə verməyə çalışır ki, Moskva guya seçərək məxsusi şəkildə Azərbaycanın təhlükəli ölkə olması görüntüsünü yaradır. Əslində düşünmürəm ki, Rusiyanın belə bir iddia və istəyi vardır”. 
   
Qeyd edək ki, Rusiya XİN Azərbaycana səfər etməyi düşünən vətəndaşlarına xəbərdarlıq edib.
Xəbərdarlıqda bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı bəhanəsi ilə erməni xalqına birbaşa və dolayı aidiyyəti olan bütün xarici vətəndaşları ölkəyə buraxmır. Ona görə də öz vətəndaşlarına Rusiya XİN-i belə demək mümkünsə, əslində Azərbaycana getməməyi məsləhət görür. Aydın məsələdir ki, belə bir qərar Rusiyanın ən yuxarı eşalonunda verilib. Hətta son günlər azərbaycanlıların Moskvadakı bazarlarına edilən polis reydləri də intensivləşib. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Siam əkizləri möcüzəvi şəkildə ayrıldı: Əməliyyatda 16 həkim iştirak edib

Braziliyanın Qoias əyalətində cərrahlar döş qəfəsi, qarın və çanaq nahiyəsindən bir-birinə bağlı olan bir yaşlı siam əkizləri Kiraz və Arunanı ayırmaq üçün mürə...

“Gözünü çıxarıb, üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...