“ABŞ müharibəyə başlasa məğlub olacaq –Ekspertlər bu nəticəyə nəyə əsasən gəliblər?

“ABŞ müharibəyə başlasa məğlub olacaq –Ekspertlər bu nəticəyə nəyə əsasən gəliblər?
"İSNA” (İran), 12.03.2019

Müasir müharibələr sahəsinin analitikləri Üçüncü Dünya müharibəsində ABŞ-ın Rusiya və Çini məğlub etmək şansının olmayacağından xəbərdar edib.

Qlobal siyasət sahəsində fəaliyyət göstərən qeyri-kommersiya məqsədli quruluşun – "Rand”-ın hesabatına əsasən, Dünya müharibəsi üçün Pentaqon tərəfindən dəstəklənən və dünyanın digər hərbi supergüclərinə qarşı döyüşdə ABŞ qüvvələrinin hazırlığını qiymətləndirmək üçün bir neçə stimulyator ssenariləri mövcuddur.

"Rand” analitikləri ABŞ-ın hərbi xərclərini müqayisə edərkən, hər il təxminən 1 trilyon dollarlıq sərfiyyata baxmayaraq, ABŞ-ın bu simulyasiya ssenarilərində ağır məğlubiyyətlərə uğrayacağını aşkar ediblər.

"Bizim simulyasiyalarımızda Rusiya və Çinlə mübarizədə "mavi qüvvələr” məğlub olurlar”, – deyə "Rand” düşüncə quruluşunun araşdırmaçısı David O’Konnek Yeni Amerika Təhlükəsizlik Mərkəzindəki çıxışında deyib.

Amerika qüvvələri mavi rəngli simulyasiya kimi tanınır, onun rəqibləri Rusiya və Çin isə qırmızı rənglərlə qeyd olunur.

"Bu ssenarilərdə biz çoxlu avadanlıq və sursat itiririk və istənilən düşmən hücumunun qarşısını almaq məqsədimizə çatmırıq”, – O`Konnek deyib.

Hesabata görə, bu süni manevrlər, hipotetik olsa da, Birləşmiş Ştatların bir əsrdən uzun dövrdə uğrunda mübarizə apardığı dünya nizamı ciddi təhdidlə üz-üzədir.

Simulyasiya döyüşləri müharibənin bütün beş əsas sahəsində həyata keçirilib: quru, dəniz, hava, kosmik və kiber. "Rand”-ın məlumatına əsasən, qırmızı qüvvələr, adətən, bu ssenarilərdə ABŞ hərbi bazalarını dağıdır, döyüş gəmilərini batırır, kibersistemlərini söndürür.

ABŞ-ın sabiq müdafiə nazirinin müavini və simulyasiya döyüş manevrləri üzrə mütəxəssis Robert Uark izah edib ki, "F-35”-lər dünyanın ən inkişaf etmiş döyüş təyyarələri olsa da, yerdə olarkən, təhdid altındadır. Onun sözlərinə görə, göydə "F-35”-lər istənilən rəqibindən güclüdür, dünyanın hər bir nöqtəsinə yetişə bilər.

"Rand” eksperti Cobsun fikrincə, Avropa və Okeaniya ərazilərindəki ABŞ hərbi bazaları lazımi qədər təchiz olunmayıb, buna görə də, onlara yönələ biləcək hücumların qarşısını almaqda gücsüzdürlər.

Həm Uark, həm də O`Konnek bildirib ki, Çin ABŞ telekommunikasiya peykləri, komanda-nəzarət sistemləri və ABŞ simsiz şəbəkələri daxil olmaqla, kiber sahədə əsas sistemlərin məhvinə hədəflənib. Bu taktika ilə bütün komponentləri bir yerə bağlayaraq, Çin ABŞ ordusunun "beyin-sinir sistemi”nin tamamilə məhv edə bilər.

Cobs xəbərdar edib ki, Çin bütün səviyyələrdə Amerika döyüş sistemlərinə davamlı şəkildə hücum edəcək. "Bu, döyüş simulyasiyalarında dəfələrlə müşahidə edilmiş məsələlərdir, buna görə də, şübhəsiz, ABŞ-ın yeni bir müharibə yanaşmasına malikik”.

Bu təxminlər ötən ilin payızında ABŞ Milli Müdafiə Strategiya Komissiyası tərəfindən aparılan başqa qiymətləndirmələrin nəticələrinə bənzəyir.

Komissiya ABŞ Milli Müdafiə Strategiyasını qiymətləndirmək üçün Konqres tərəfindən seçilmiş ikipartiyalı ekspert komitəsini əhatə edib.

2018-ci ilin noyabr hesabatında komissiya bildirib: "ABŞ Baltik dənizində Rusiya ilə döyüşə girsə və ya Tayvan uğrunda Çinlə döyüşsə, amerikalılar hərbi məğlubiyyətlə qarşı-qarşıya qalacaq”.

"Rand” müəxəssislərinin fikrincə, ABŞ bu nəticələri aradan qaldırmaq üçün əlavə 24 milyard dollar xərcləməlidir. Bu, 2020-ci il üçün Donald Trampın tələb etdiyi 750 milyard dollarlıq hərbi büdcənin təxminən az bir hissəsdir.

"Önümüzdəki beş ildə büdcəyə 24 milyard dollar əlavə edərkən, Üçüncü Dünya müharibəsini ən azı 10 il, bəlkə də 20 il özümüzdən uzaqlaşdıra bilərik”.

Tərcümə: Strateq.az

OXŞAR XƏBƏRLƏR