AZAL prezidenti “Boeing” qəzalarından danışdı

AZAL prezidenti “Boeing” qəzalarından danışdı

 

"Boeing-737 MAX-8” təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar Azərbaycan Respublikasının milli aviadaşıyıcısı "Boeing” korporasiyası ilə sıx əlaqə saxlayır.


 

Bunu AZAL-ın prezidenti Cahangir Əsgərov jurnalistlərin çoxsaylı suallarına cavab olaraq bildirib.


 

""Boeing 737 MAX-8” hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilib. Hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır”, - "AZAL” rəhbəri qeyd edib.


 

Onun sözlərinə görə, "AZAL” aviaşirkəti ilə "Boeing” şirkəti arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd "Boeing 737 MAX-8” tipli təyyərə gətiriləcək.


 

"Biz "Boeing” şirkətində çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaqdır. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq", – deyə Cahangir Əsgərov bildirib.


 

Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixdə və cari ilin 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək "Boeing 737 MAX-8” tipli təyyərələrin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər.



OXŞAR XƏBƏRLƏR

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...