Qurban Qurbanovun oğlu 20 manat cərimələnib

Qurban Qurbanovun oğlu 20 manat cərimələnib

AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.

 

"Report" xəbər verir ki, "Turan Tovuz" klubu "Qaradağ Lökbatan"la qarşılaşmada matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat məbləğində cərimə olunub.

 

"Neftçi-2"nin məşqçisi Fuad Əsədov "Şüvəlan"la səfər qarşılaşmasında texniki zona qaydalarını pozduğu üçün oyundan kənarlaşdırılıb. Ona 1 matçlıq cəza, klubuna 80 manat cərimə kəsilib.

 

Həmin görüşdə xərək daşıyan şəxslərin yaşı əsasnaməyə uyğun olmadığına görə meydan sahibi olan "Şüvəlan" klubu 80 manat məbləğində cərimələnib.

 

AFFA İntizam Komitəsi həmçinin "Qarabağ-2"nin futbolçusu Musa Qurbanlını da cəzalandırıb. Oyunçu "Səbail-2" ilə matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün ona 1 oyunluq diskvalifikasiya tətbiq edilib. Klub isə 20 manat məbləğində cərimələnib.

 

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınlarına görə 10 nəfər həbs olundu

Türkiyədə meşə yanğınları ilə əlaqədar nəzarətə alınan 44 şübhəlidən 10-u həbs olunub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, ...

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...