“Peresə “yox” deyə bilməzdim” – Zidan

“Peresə “yox” deyə bilməzdim” – Zidan
"9 ay boyunca bu haqda heç bir müsahibə verməmişdim, indi isə deyirəm, məni Peres özü dəvət etdi, ona "yox” deyə bilməzdim. Bu müddətdə yaxşı enerji yığmışam, öz işlərimlə məşğul olmuşam, indi isə işləməyə hazıram”.


"Bu gün xüsusi bir gündü. "Ev”ə qayıtdığım üçün çox şadam. Düşünürəm ki, daha sonra çox suallar verəcəksiniz. İndi isə qayıtmağıma şad olmağımdan başqa nəsə demək istəmirəm”. Bu sözləri Zinəddin Zidan deyib.

Yenidən "Real”a baş məşqçi təyin olunan fransalı müətxəssis hədəfləri haqqında danışıb: "Məqsədim işləmək və klubu layiqli yerinə qaytarmaqdır. Yeganə arzum sabah işə başlamaqdır. Uzaq yol qət etməyimə ehtiyac qalmadı, çünki burda yaşayıram”.

Zidan "Real”dan niyə ayrılmasının səbəbini də açıqlayıb: "Komanda hər şeyi qazandığı üçün dəyişikliyə ehtiyac var idi və buna görə getməli oldum. İndi isə qayıdıram, çünki prezident çağırır. Əsas məsələ isə budur ki, 9 ay sonra yenidən işləmək üçün həvəs yaranıb. Hər şey qarşıdakı bir neçə ildə dəyişməlidir. Amma indi əsas iş bu deyil. Mövsümün sonuna qədər 11 oyun qalıb və biz uğurlu yekun istəyirik. 9 ay boyunca bu haqda heç bir müsahibə verməmişdim, indi isə deyirəm, məni Peres özü dəvət etdi, ona "yox” deyə bilməzdim. Bu müddətdə yaxşı enerji yığmışam, öz işlərimlə məşğul olmuşam, indi isə işləməyə hazıram”.

Qeyd edək ki, Zidan "Real”la 2022-ci ilə kimi anlaşma imzalayıb.

OXŞAR XƏBƏRLƏR