Gürcüstanda zəlzələ baş verdi
Dünya
22:55 / 07.09.2024
5132
Tbilisi yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar paytaxtdan 49 km aralıda yerləşən Dmanisi şəhərində qeydə alınıb.
"NewsGeorgia" yazır ki, binalara ziyan dəyməsi barədə hələ ki, məlumat yoxdur.