“Akif Əlizadənin dünya malında gözü yoxdur” - Alimlərin ev qalmaqalı

“Akif Əlizadənin dünya malında gözü yoxdur” - Alimlərin ev qalmaqalı
"Akif Əlizadənin 85 yaşı var, onun dünya malında gözü yoxdur. Əksinə çalışır ki, bütün evsiz alimlərin evi olsun"

Sfera.azxəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətinin rəhbəri Zülfüqar Fərzəliyev bildirib. Onun sözlərinə görə, alimlər üçün tikilən evlərin AMEA rəhbərliyi tərəfindən satılması barədə iddialar doğru deyil.


"Vaxtaşırı bu cür yalan informasiyalar verilir. Orada olan mənzillərin heç biri satılmayıb. Növbədə olan alimlər ev alıb. Kimsə almayıb, inciyibsə, qalmaqal yaratmaq üçün yalan məlumatlar yayır. Heç bir mənzil satılmayıb”.


Z.Fərzəliyev xatırladıb ki, hazırda Saray qəsəbəsində alimlər üçün yeni şəhərcik tikilir: "Akif müəllim bu şəhərciyin tikilməsinə çətinliklə razılıq alıb. Alimlər şəhərciyində bütün infrastruktur, bağça, məktəb olacaq. Oradan ev istəyənlər güzəştli şərtlərlə mənzil ala biləcəklər. Təxminən 500-ə yaxın alimin ev almaq imkanı olacaq. Binanın gözəl mənzərəsi var, avtobusun sonuncu dayanacağında yerləşir. İlin sonunda binanın 2 bloku təhvil veriləcək”.

 

 

Qeyd edək ki, AMEA-nın bəzi əməkdaşları alimlər üçün tikilmiş binadakı mənzillərin sədr Akif Əlizadə tərəfindən satılması ilə bağlı iddialar irəli sürərək, buna etirazlarını bildiriblər.

 

Aytən Zəhra


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...