Bako Saakyanı da Köçəryanla Sarkisyanın taleyi gözləyir-deputat

Bako Saakyanı da Köçəryanla Sarkisyanın taleyi gözləyir-deputat
"Serj Sarkisyan, ardınca qondarma rejimin rəhbəri Bako Saakyanın da həbsi gözləniləndir”

Sfera.az-a açıqlamasında bu sözləri son günlər qondarma "dqr” Saakyanla ona müxalif olanlar arasında yenidən savaşın qızışmasına münasibət bildirərkən Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib:

"Paşinyanla qondarma Dağlıq Qarabağdakı rejim rəhbəri Bako Saakyan arasında ciddi ixtilaflar mövcuddur. Paşinyan dərk edir ki, hakimiyyəti üçün ciddi təhlükə mənbəyi Dağlıq Qarabağ klanıdır. Klanın rəhbərləri olan Robert Köçəryan həbs edilib, hətta Serj Sarkisyana qarşı da cinayət işi başlanılıb. Dağlıq Qarabağda həmin klanın hakimiyyətdə olan əsas siması Bako Saakyan hesab olunur. Ermənistandakı parlament seçkisi öncəsi Paşinyan Saakyana barmaq silkələyərək bildirmişdi ki, nədən onun oğlu Dağlıq Qarabağda hərbi xidmətdədir, amma separatçı rejim rəhbərlərinin övladları ümumiyyətlə hərbi xidmətdən yayınırlar. Həmçinin, Paşinyan Saakyanı Ermənistanda keçirilən parlament seçkilərinə müdaxilədə və pozuculuq mövqeyində dayanmaqda ittiham edib. Məsələyə bu kontekstdə yanaşdıqda, yaxın zamanlarda  Serj Sarkisyanın da həbsinin şahidi ola bilərik. Bunun ardınca Saakyana qarşı təzyiqlərin artaraq, onun da həbs edilməsi gözləniləndir. Ona görə də yaxın zamanlarda Saakyana qarşı da yeni, daha ciddi ittihamların ortaya çıxacağını görə bilərik. Paşinyan bu məsələdə qətiyyətli olmasa "Qarabağ klanı” yenidən revanş götürə bilər”.

Qeyd edək ki, artıq bir həftəyə yaxındır qondarma "dqr”da yenidən hakimiyyətdaxili savaşa start verilib. Bako Saakyanın əleyinə imza toplamağa başlayan qondarma rejimin təhlükəsizlik şurasının baş katibi, general  Vitali Balasanyan  hakimiyyəti ələ keçirmək istəyir.
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Zelenski Azərbaycana başsağlığı verib Rusiyanı ittiham etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı v...

Xorvatiya prezidenti İlham Əliyevə başsağlığı verdi

Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir: ...

Dövlət Komissiyasının növbəti iclası keçirildi

Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının növbəti iclası keçirilib.   Bu barədə Sfera.az-a Na...

"Qəlpələr təyyarənin içinə daxil olmuşdu" - Qəzaya uğrayan təyyarənin bələdçisi -VİDEO

"Birinci zərbədən sonra oksigen maskaları açıldı və biz sərnişinlərə müraciət etmək istəyərkən ikinci zərbə baş verdi".   Sfera.az xəb...

Əsədin qohumları Beyrut hava limanında saxlanıldı

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızı saxta pasportlarla Beyrutu tərk etmək istəyərkən Livan təhlükəsizlik xid...

Azərbaycanda saxlanılan futbolçuların adları AÇIQLANDI

Azərbaycanın I Liqasında mübarizə aparan "Mingəçevir" klubunun saxlanılan futbolçularının kimliyi məlum olub.   Sfera.az xəbər ve...