Nazirlikdən qəribə qərar: Valideynlərdən işıq pulu qəbzinin kodu tələb olunur

Nazirlikdən qəribə qərar: Valideynlərdən işıq pulu qəbzinin kodu tələb olunur

Bu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodu tələb olunur.

Sfera.az bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, şagird qəbulunun 13 martdan etibarən başlanıldığını xatırladıb və deyib ki, bu ildən tətbiq edilən texniki yeniliklər valideynlərdə müəyyən qədər narahatlıq yaradır.

 

"Bunlardan biri də qeydiyyatdan keçən zaman valideynlərdən elektrik enerjisi qəbzinin kodunun tələb olunmasıdır. 

Bundan başqa, elektron xidmətlərdən istifadə edən valideynlər tez qeydiyyatdan keçir, amma bu kimi məsələləri zəif bilən, internet imkanları məhdud olanlar qeydiyyatdan gec keçirlər”.

Ekspert xatırladıb ki, Bakı şəhəri üzrə orta məktəblərə sənəd qəbulu 2015-ci ildən etibarən onlayn xidmət vasitəsilə həyata keçirilir və bu, kifayət qədər böyük uğurdur. 

"Əvvəllər birinci sinifə qəbul zamanı neqativ hallar baş verirdi. Məktəb direktoru, müəllimlər əsassız olaraq bir çox tələblər irəli sürürdülər. Amma indi bu mümkün deyil. Hesab edirəm ki, son beş il ərzində Azərbaycan təhsilinin ən böyük uğuru məktəbəqədər təhsil və ibtidai siniflərə qəbulun elektron xidmətlər göstərməsi ilə həyata keçirilməsidir. İnanmaq istərdim ki, bu proses yaxın zamanlarda bütün ölkə ərazisində tətbiq ediləcək.

Bir məsələni də xatırladım ki, 2018-ci ildə elektron xidmətlərin tətbiqi ilə bağlı ilk gündən valideynlərin mektebeqebul.edu.az portalına kütləvi şəkildə müraciət etməsi nəticəsində sistem fəaliyyətini davam etdirə bilmədi.

Təhsil Nazirliyi məcbur olub, dəyişikliklər etdi. Belə ki, Gəncə və Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən ümumi təhsil müəssisələrinə qeydiyyat 2018-ci il 12 mart tarixində başladı. Bu il, düşünürəm ki, birinci siniflərdə qəbul prosesinin gecikməsinin əsas səbəbi texniki xidmətin yenidən qurulması ilə əlaqədardır”, - deyə ekspert şərh edib.



OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...