“Ermənistanda kənd təsərrüfatı məhv olub”- Sarkis Sedrakyan

“Ermənistanda kənd təsərrüfatı məhv olub”- Sarkis Sedrakyan

"Ermənistanın kənd təsərrüfatında bu gün tənəzzül hökm sürür”. Bu sözləri İrəvanda keçirilən mətbuat konfransında "Fermer Hərəkatı” təşkilatının rəhbəri Sarkis Sedrakyan deyib.

 

Ekspertin sözlərinə görə, bunun səbəbi dövlət siyasətinin qeyri-müəyyən olmasıdı. "Kəndlilər bilmirlər hansı orqan onlara güzəştli qiymətə yanacaq, toxum və digər şeylərlə təmin edəcək. Əvvəllər yerli məmurlar korrupsiyalaşmışdılarsa indikilər sahələrini bilmirlər”.

Sedrakyan qeyd edib ki, əkilən torpaqların yarısına qulluq edilmir. Əldə olunan məhsulların bazarı yaxşı təşkil olunmur. Bəzən maya dəyərindən aşağı olur.


OXŞAR XƏBƏRLƏR