Məşhur futbolçunun evi soyuldu
20:14 / 28.02.2019
3981
İspaniyanın "Real" klubunun fransız futbolçusu Kərim Benzemanın evi qarət olunub.
Sfera.az xəbər verir ki, hadisə dünən İspaniya kubokunun yarımfinalı çərçivəsində keçirilən "Real" - "Barselona" oyunu (0:3) zamanı baş verib.
Oyun zamanı evdə heç kimin olmadığını bilən oğrular şifrə sındırma üsulu ilə evə daxil olublar. İspaniya polisinin məlumatına görə oğrular 4 nəfər olub. Futbolçuya oğrular təqribən 200 min avroluq ziyan vurublar.