Bayram günlərində həzm sistemini tənzimləmək üçün nə etməliyik? - TÖVSİYƏ

Bayram günlərində həzm sistemini tənzimləmək üçün nə etməliyik? - TÖVSİYƏ

Bayram günlərində çox qida istehlakı həzm sistemini poza bilər. Çünki bu zaman həzm sistemi həddindən artıq yüklənir və qidanın normal sürətlə parçalanması çətinləşir. 

 

Sfera.az bildirir ki, diyetoloqlar çox yeməyin həzm sisteminə mənfi təsir etdiyini vurğulayırlar. Bildirilir ki, mədədə böyük həcmdə qida olduğu zaman həzm daha çox vaxt alır. Bu, mədə turşusu istehsalını artırır və nəticədə şişkinlik, qaz və turşu reflü - mədə turşusunun qida borusuna qalxması yarana bilər. Mütəxəssislərin fikrincə, çox miqdarda yemək mədədə və bağırsaqlarda fermentasiyaya səbəb ola bilər ki, bu da şişkinlik və qaz yaradır.

 

Həmçinin çox yemək, xüsusilə şəkər və karbohidratla zəngin qidalar qan şəkərinin yüksəlməsinə və insulinin daha çox ifrazına şərait yaradır.  Bu da enerjinin azalmasına, yuxululuğa və hətta zamanla insulin müqavimətinin yaranmasına gətirib çıxara bilər. Qidanın çox tükədilməsi qəbizliyə də səbəb ola bilər, xüsusilə də lif çatışmazlığı varsa...Bu zaman bağırsaqların hərəkəti zəifləyir və bu da qida qalığının daha yavaş keçməsinə səbəb olur.

 

Bəs qəbizlik və həzm sisteminin tənzimlənməsi üçün nə etmək olar?

 

Mütəxəssislər qeyd edirlər ki, qida qəbulundan sonra yüngül gəzintilər həzm sisteminin işini stimullaşdırmağa və qəbizlikdən qaçmağa kömək edir. Çox yeməkdən sonra uzanmaq əvəzinə aktiv olmaq bağırsaqların hərəkətini sürətləndirir. Bol su içmək də bağırsaqları nəmli saxlamağa kömək edir, bu, qida qalığının daha asan keçməsini təmin edir. Xüsusən də yeməkdən sonra su içmək həzm üçün faydalıdır. Diyetoloqlar bildirirlər ki, liflər həzmi sürətləndirir və qəbizliyin qarşısını alır. Meyvə, tərəvəz, yulaf və tam taxıl məhsulları kimi liflə zəngin qidalar yemək çox yeməkdən sonra həzm sistemini dəstəkləyir.

 

Mütəxəssilərin tövsiyələrinə əsasən, bir dəfəyə çox qida qəbul etmək əvəzinə gün ərzində az və tez-tez yemək yemək həzm sisteminin aşırı yüklənməsinin qarşısını alır. Həmçinin qatıq, kefir və ya probiotik əlavələr bağırsaq florasını balanslaşdıraraq həzmi yaxşılaşdırır və qəbizlikdən qoruyur.

 

Ümumiyyətlə isə dietoloqlar yemək miqdarını nəzarət altında saxlamağı, həzm sisteminin yükünü azaltmağı məsləhət görür. Qeyd olunur ki, yavaş-yavaş yemək həzmə kömək edir və mədənin dolu olduğunu beyinə vaxtında bildirmək üçün kifayət qədər vaxt yaradır. Xüsusilə yatmazdan əvvəl çox yeməkdən çəkinmək lazımdır, çünki yatmaq həzm prosesini yavaşladır və qəbizlik yarada bilər.

 

Türkan 
 


OXŞAR XƏBƏRLƏR

Zirədə istixanadan 5 min manatdan çox oğurluq oldu

Bakının Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan 5 min manatdan çox oğurluq olub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirli...

Zaur Əliyev yeni vəzifəyə seçildi

Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Federasiyanın İcraiyyə Komitəsinin tərki...

İsrailin mərkəzi bölgələrində həyəcan siqnalı verildi

İsrailin mərkəzi rayonlarında raket təhlükəsi barədə xəbərdarlıq edən hava həyəcanı sirenləri işə düşüb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...

Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü oldu

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidanın geniş tərkibdə görüşü başlayıb.   Sfera.az xəbə verir ...

Bazar günü hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   M...

Azərbaycanda iri müəssisələrin çoxu bu regionda cəmlənib - ADLAR

2024-cü ilin sonunda Azərbaycanda 868 ədəd iri müəssisə (sahibkarlıq subyekti - red.) olub.  Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər ver...