Tramp və Kim Çen In razılığa gələ bilmədilər - Səbəbi açıqlandı

Tramp və Kim Çen In razılığa gələ bilmədilər - Səbəbi açıqlandı
"Görüşdə Kim Çen In nüvə və raket sınağı keçirməyəcəklərinə vəd verdi”.

"Report” "CNNTurk”ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vyetnamın paytaxtı Hanoyda Şimali Koreya lideri Kim Çen Inla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Şimali Koreya sanksiyaların ləğvi qarşılığında sənədi imzalamağa hazır idi. Onlar tamamilə deyil, ayrı-ayrı rayonlarda nüvəsizləşəməni həyata keçirmək istəyirər. Bu bizi qane etmədiyi üçün təklifdən imtina etdik. Bununla belə görüş məhsuldar oldu. İkitərəfli əməkdaşlıq üçün çox böyük potensial var”, -deyə Donald Tramp vurğulayıb.

Onun sözlərinə görə, Şimali Koreya problemi üzrə Rusiya, Çin, Cənubi Koreya və Yaponiyanın əməkdaşlıq etməsi vacibdir.

ABŞ lideri əminlikə bildirib ki, Kim Çen Inla dost olaraq qalır.

Qeyd edək ki, fevralın 27-də Donald Trampla Kim Çen In arasında görüş olub.

 
*****
 
ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In sammit məkanını - Hanoyun ən qədim "Sofitel Legend Metropole" hotelini planlaşdırılan vaxtdan daha əvvəl tərk ediblər.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Ölkə liderlərinin erkən ayrılmasının səbəbləri barədə hələlik heç bir informasiya verilmir.

Öz növbəsində, Ağ Evin sözçüsü Sara Sanders sammitdə danışıqların daha erkən bitəcəyini və bununla əlaqədar ABŞ Prezidenti Donald Trampın mətbuat konfransının vaxtının dəyişdiyini təsdiqləyib.

Onun sözlərinə görə, daha əvvəldən yerli vaxtla saat 16:00-ya (Bakı vaxtı ilə saat 13:00) təyin olunan D.Trampın mətbuat konfransı saat 14:00-da (Bakı vaxtı ilə saat 11:00) başlayacaq.

Həmçinin qeyd olunub ki, ABŞ Prezidenti və KXDR lideri arasındakı sammitin yekunları üzrə razılaşma əldə olunmayıb.


OXŞAR XƏBƏRLƏR