İslahatlar davam edəcək- Ekspert

Cəmiyyət
16:22 / 27.02.2019
3076
Dövlət başçısının sosial sahədə atdığı addımlar, imzaladığə sərəncamlar cəmiyyət tərəfindən müsbət qarşılanır. İllərdir insanları narahat edən problemlər bir-bir həllini tapır. Start götürən islahatların daha hara qədər davam etməli olduğu barədə müzakirələri gedir. Növbəti addımlardan birinin təqaüd yaşının dəyişdirilməsiylə bağlı gözləntilər var.
Sfera.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli aparılan islatları təqdirəlayiq hesab etdiyini bildirib. Onun fikrincə bu cür addımlar davamlı və iqtisadi hesablamalarla aparılmalıdı.
"İslahatlar elə aparılmalıdır ki, bütün problemlər həllini tapsın. Təqaüd yaşının dəyişdirilməsi ilə bağlı elə sistem qurulmalıdır ki, həm dövlət həm də vətəndaş qazanmalıdı. Növbəti addımlar idarəetmə sahəsində olmalıdı. Bunlar olmasa aparılan islahatların effekti çox az olacaq. İndiki pensiya yaşı məqbuldur. Azərbaycan insanı işləmək istəyir. Aldığı maaşı təqaüdə dəyişmək istəmir. Bu işləyən təbəqəyə aidir. Əgər pensiyalar yüksək olarsa o zaman gələcəkdə yaş senzinə baxmaq olar. Yüksək pensiya ilə insanlar tez təqaüdə çıxır. İnkişaf etmiş ölkələrdə olduğu kimi bundan yararlanmağa çalışarlar. Məncə islahatlar müxtəlif sahələrdə davam edəcək. Bu islahatlar vətəndaşların ürəyincə olacaq.”