Zurabişvili Bakıda

Zurabişvili Bakıda
Gürcüstan prezidentini baş nazirinin birinci müavini Yaqub Eyyubov qarşılayıb

Gürcüstanın prezidenti xanım Salome Zurabişvilinin Azərbaycana səfəri başlayıb. 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Gürcüstanın Prezidenti Salome Zurabişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

  

OXŞAR XƏBƏRLƏR