Ruhani Cavad Zərifin istefasını qəbul etmədi

Ruhani Cavad Zərifin istefasını qəbul etmədi
Cavad Zərifin istefasının prezident Həsən Ruhani tərəfindən qəbul edilmədiyi bildirilir.
 
Sfera.az xəbər verir ki, İran Prezident Aparatının rəhbəri Mahmud Vaizi Ruhaninin istefanı qəbul etməsi ilə bağlı iddiaları rədd edib. 

İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Həşmətulla Fəlahətpişə Zərifin daha əvvəl bir neçə dəfə istefa verdiyini, lakin ictimaiyyətə açıqlamadığını bildirib. Onun istefasını paylaşması bu qərarının Ruhani tərəfindən qəbul edilməsini istəməsi ilə əlaqələndirilir. Fəlahətpişə Cavad Zərifin bu addımı üçün səbəb olmadığını, ancaq şəxsi səbəblərə görə istefa verə biləcəyini deyib.
 
Qeyd edək ki, İranın xarici işlər naziri Cavad Zərif şəxsi instaqram səhifəsində vəzifəsindən istefa verdiyini yazıb. 

Qaynarinfo

OXŞAR XƏBƏRLƏR