Prezident İlham Əliyevin iştirakı ilə Bakıda yürüş keçirilir - FOTO - CANLI

10:11 / 26.02.2019
3596
Bakıda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə yürüş başlayıb.
Sfera.az ONA-ya istinadən xəbər verir ki, yürüşdə hökumət rəsmiləri, millət vəkilləri və ölkə ictimaiyyətinin nümayəndələri iştirak edir.
Yürüş Bakı Dəniz Vağzalı ərazisindən başlayıb və "Ana harayı” abidəsinə kimi davam edəcək.