Erməni cəmiyyəti Qarabağ məsələsini bitmiş sayır, bəs biz?

Erməni cəmiyyəti Qarabağ məsələsini bitmiş sayır, bəs biz?
Politoloq: "Ermənistanda  kök atmış rəyi Azərbaycan əsgəri dəyişə bilər və dəyişəcək”
Bir müddət öncə Ermənistandan qayıtmış "Turan” informasiya agentliyinin redaktoru Şahin Hacıyev "BBC News Azərbaycanca”ya müsahibəsində bu ölkəyə səfərindən, orada eşidib-gördüklərindən, Ermənistan cəmiyyətindəki dəyişiklərdən danışıb. 20 il əvvəl İrəvana səfərində müşahidə etdiyi vəziyyətlə indiki durumu müqayisə edən Şahin Hacıyev bildirib ki, 20 il əvvəl erməni cəmiyyətində həyəcan, hansısa gözlənti daha çox idi, indi isə Ermənistandakı böyüyən yeni nəsil hesab edir ki, hər şey artıq müəyyənləşdirilib, məlumdur və olduğu kimi də qalacaq.

Ermənilərin xeyli hissəsinin ölkədən köçdüyünü deyən Ş.Hacıyev qeyd edib ki, əsasən də cavanlar Ermənistanı tərk edib. Konflikt məsələsinə gəldikdə "Qarabağ bizimdir, heç kimə qaytarmayacağıq, mövqeyimiz qətidir” fikri erməni cəmiyyətində aparıcıdır: "Digər bir dəyişikliksə ondan ibarətdir ki, 20 il əvvəl biz sülh yollarını müzakirə edirdiksə, indi ictimaiyyətdə elə bir həvəs yoxdur. Onlar hesab edirlər ki, Ermənistan güzəştə getməyəcək, getməməlidir, hansısa rayonun və ya rayonların qaytarılmasından söhbət gedə bilməz. Ermənilər düşünür ki, bu artıq həll olunmuş məsələdir və Azərbaycan bununla bağlı heç nə edə bilməz, hətta cəhd etsə belə biz geri çəkilən deyilik. Ümumi vəziyyət belədir”.

Bəs Ermənistan cəmiyyətində olan bu mövqe yeni hakimiyyətin Qarabağla bağlı addımlarına necə təsir edəcək? Bu vəziyyətdə yeni hakimiyyətin Qarabağ məsələsində hansısa güzəştli mövqeyə keçmək istəməsi necə nəticələnə bilər? Azərbaycan bu vəziyyəti, erməni cəmiyyətindəki bu əminliyi dəyişmək üçün nə etməlidir?

Politoloq Qabil Hüseynli də bildirdi ki, bugünkü Ermənistan cəmiyyəti Qarabağ məsələsində geri çəkilməmək mövqeyindədir və bunu gizlətmirlər: "Ermənilər uşaqdan böyüyə kimi bu ərazini özlərinin torpaqları hesab edir və bu məsələdə hər hansı güzəştə hazır olmayacaqlarını qəti formada bəyan edirlər. Bu, Ermənistanda millətçiliyin və şovinizmin ən yüksək səviyyədə yayılmasına dəlalət edən faktlardır. Ona görə də danışıqlar prosesində də yeni hakimiyyətin bu məsələdə hər hansı ciddi siyasi manevrə getməsi, güzəşt mövqeyi sərgiləməsi mümkünsüz görünür. Təkcə ona görə yox ki, cəmiyyət Qarabağ məsələsində kompromisə hazır deyil, yeni hakimiyyətin özü də ciddi millətçilik azarına tutulub və əslində xalq necə düşünürsə elə düşünür və Qarabağ məsələsində kompromisə hazır deyil. Ermənistan hakimiyyətinə ABŞ-dan münaqişənin həlli üçün son zamanlar müəyyən təsirlər oldu və onlar bu təsirlərin qarşısında müəyyən yumşalmaya cüzi meyllənsələr də cəmiyyətdə bərqərar olmuş ağır zehiniyyətin təsiri altında yenə də köhnə mövqelərinə qayıtdılar və danışıqlar prosesinə zərbə vurdular.

Bu gün Ermənistan cəmiyyəti bir sıra məsələlər var ki, o məsələlərə tabu qoymuş kimi görünür. O məsələlərin içərisində Dağlıq Qarabağ məsələsində bir addım da olsun geri çəkilməmək birinci yeri tutur. Erməni cəmiyyətində bu məsələlərdə fərqli düşünməyə imkan verilmir. Bunu ictimai şüura yeridiblər. Odur ki, zənnimcə, gələcək danışıqlar prosesində Ermənistan hakimiyyətinin hər hansı kompromis gedəcəyi, erməni cəmiyyətini sülhə hazırlayacağı gözlənilmir. İndiki Ermənistan cəmiyyəti və hakimiyyəti Serj Sərkisyan və Robert Köçəryan rejimindən fərqlənmir. Hətta son vaxtlar daha da radikal mövqeyə keçiblər. Onlarla danışıqlar aparılmasının perspektivi yoxdur".

Politoloq vurğuladı ki, Ermənistan cəmiyyətində kök atmış "Qarabağ məsələsi bitib, bir qarış da torpaq qaytarılmayacaq” rəyini Azərbaycan dəyişə bilər: "Bunun üçün Azərbaycan öz ərazilərinin işğaldan azad edilməsi istiqamətində lazım olan hərbi vəzifələri yerinə yetirməlidir. Ordu sürətlə döyüşə hazırlanmalıdır. Ermənistan cəmiyyəti kimi cəmiyyətləri kompromisə yalnız gücün hesabına gətirmək olar. Erməniləri başqa cür başa salmaq mümkün deyil, Azərbaycan sülh yoluna sadiq qaldıqca erməni cəmiyyətində ”Qarabağ məsələsi bitib" fikri daha da qətiləşir. Ermənistana sübut edilməlidir ki, Qarabağ məsələsi bitməyib, əksinə, Qarabağ məsələsi indi başlayır və bu dəfə onların faciəsi ilə başlayıb bitəcək. Ermənistan cəmiyyətini eyforidan ayıldıb reallığı dərk etdirmənin yeganə yolu Azərbaycanın hərbi əməliyyatlara başlamasıdır"."Yeni Müsavat”

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...