“Mən də alıcıyam, qiymətlərdə artım görmürəm” – Deputat

“Mən də alıcıyam, qiymətlərdə artım görmürəm” – Deputat
"Son vaxtlar sosial şəbəkələrdə və saytlarda ölkədə qiymət artımı ilə bağlı qeyd olunan fikirlərlə razı deyiləm. Çünki mən Milli Məclisin deputatı olmazdan əlavə həm də bir alıcı, sadə vətəndaşam. Gedib ticarət şəbəkəsindən ərzaq və digər məhsullar alırıq. Orada olan qiymətləri də təbii ki, müqayisə edirik. Bu müqayisə zamanı malların qiymətində heç də artım görmürəm”.

Bunu açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Azər Badamov deyib.

O qeyd edib ki, bu gün ölkənin ticarət şəbəkəsində qiymət artımının həyata keçirilməsi üçün heç bir əsas da yoxdur:

"Çünki Azərbaycanın milli valyutası sabitdir. İnflyasiya minimum həddədir. Dolların və digər xarici valyutaların manata nisbətdə məzənnəsi sabitdir və manat möhkəmlənməyə doğru gedir. Belə bir şəraitdə hər hansı qiymət artımından danışmaq da düzgün deyil”.

A.Badamov onu da bildirib ki, bəzi KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə qiymət artımı ilə bağlı əsassız məlumatlar yayılır. Deputatın fikrincə, belə məlumatlar süni şəkildə əhalidə narazılıq yaratmaq məqsədi güdür:

"Sosial şəbəkədə mən də gördüm ki, unun qiymətində artım olduğunu yazıblar. Dünya bazarında taxılın qiyməti artıb. Buna baxmayaraq, çörəyin və un məmulatlarının qiyməti sabit olaraq qalır və heç bir artım yoxdur”.

Qeyd edək ki, bəzi KİV-də, o cümlədən sosial şəbəkələrdə əsassız şəkildə qiymət artımı ilə bağlı məlumatlar yayılır. Belə məlumatlar süni şəkildə əhalidə narazılıq yaratmaq məqsədi güdür. Əksinə, dünya bazarında taxılın qiyməti artdığı halda, Azərbaycanda çörəyin, un məmulatlarının qiyməti sabit olaraq qalır.Teleqraf


OXŞAR XƏBƏRLƏR

Zelenski və Ərdoğan sabah Avropa liderləri ilə Albaniyada görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Birliyini...

Kürdə suyun səviyyəsi son 15 ildə ilk dəfə artdı

2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu i...

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...