Ərdoğan Trampı tovlaya biləcəkmi? - Təhlil
Dünya
13:05 / 25.02.2019
3423
Stanislav Tarasov
regnum.ru, 24.02.2019
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında növbəti telefon danışığı olub. Ərdoğanın jurnalistlərə dediyi kimi, Trampla "Suriya mövzusunda müsbət söhbət baş tutub”. Konkretlik açıqlanmır.
Yada salaq ki, Ərdoğan və Tramp qabaqlar Buenos-Ayresdə G20 sammitinin meydanlarında qapalı danışıqlar aparıblar, Türkiyə prezidenti bundan sonra izah edib ki, Tramp onu Amerika qoşunlarının Suriyadan qarşıdakı çıxışı haqda məlumatlandırıb. Bu, Ankara Fəratdan şərqdəki bölgələrdə hərbi əməliyyata başlamağa hazır olduğunu bildirəndən sonra baş verib. Türkiyə bununla bağlı hərbi əməliyyatları təxirə salmaq qərarına gəlib ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun dediyi kimi, "Amerika hərbçiləri tərəfindən dostluq atəşindən qaçılsın”. Türkiyə prezidentinin rəsmi təmsilçisi İbrahim Kalın 2018-ci il dekabrın 14-də məlumatlandırıb ki, "Ərdoğan amerikalı həmkarıyla son tarixi telefon danışıqlarının gedişində onu Türkiyəyə səfərə dəvət edib”. Amma sonralar "tarixi” heç nə baş verməyib. İndi aydındır ki, Ankaranın niyyəti bundan ibarət idi ki, Tramp Türkiyə səfərinin gedişində Amerika qoşunlarının Suriyadan çıxarılmasının əlaqələndirilməsi üçün ABŞ və Türkiyə arasında hansısa "yol xəritəsi”nin olduğunu bildirəcək.
Kalın güman edirdi ki, "İŞİD-lə mübarizədə kürd Xalq Özünümüdafiə Dəstələri (YPG) və Demokratik Birlik Partiyası (PYD) Türkiyə və ABŞ-a gərək deyil”. Ağ Evin mətbuat katibi Hoqan Qidli cavabında deyib ki, "ABŞ prezidenti Türkiyə lideri ilə görüşə hazırdır, lakin indiki anda hansısa konkret tədbirin planlaşdırılması aparılımır”, Trampın Türkiyəyə səfəri isə "yalnız 2019-cu il boyunca mümkündür”. Və Ərdoğan bundan sonra ittihamlarla Vaşinqtonun üzərinə düşərək iddia etdi ki, "YPG-ə silah tədarük etmədiyini iddia etməklə Ankaranı aldadır”, Trampı isə "yol xətitəsi” üzrə anlaşmaya əməl etməməkdə ittiham etdi. "Siz niyə bizimlə deyil, onlarla hərəkət edirsiniz? – Türkiyə prezidenti bəlağətlə səsləndi. – Məgər biz NATO üzrə tərəfdaş deyilik? Gəlin, birgə hərəkət edək. Mənbic üzrə yol xəritəsi yerində durur, yayındırma taktikası davam edir”. Tramp Amerika qoşunlarının Suriyadan gedişindən sonra Ankara öz əməliyyatının gedişində Suriya kürdlərinə hücum edərsə, "iqtisadi səfalət” hədəsi gələrək əlüstü cavab verdi.
ABŞ prezidenti bununa yanaşı yeni süjet ortaya ataraq Mənbic bölgəsində "20 millik bufer zonası” yaratmağı təklif etdi. Ərdoğan indi isə "martın 31-də keçiriləcək bələdiyə seçkilərindən sonra Trampla görüşmək” niyyətini yenidən bildirir. Eyni zamanda Türkiyənin informasiya meydanına maraqlı çalarlar atılıb. Hökumətin "Anadolu” informasiya agentliyi Ərdoğanın bəyanatını gətirir: "Ola bilsin, martın 31-dən sonra Vaşinqtona səfər edərəm, ya da Trampın özü Türkiyəyə baş çəkər”. Ərdoğan CNN Türk telekalanına sıradakını bildirib: "Ondan ABŞ-a səfər etmək dəvəti almışam, amma ona dedim ki, əvvəlcə onu Türkiyədə gözləyirəm”. Yəni Amerika lideri Türkiyəyə səfər etməzsə, onda Türkiyəninkinin də ABŞ-a səfəri baş tutmaya bilər. "The Washington Post”-un yazdığı kimi, özəlliklə də "Türkiyəyə münasibətdə güzəşt üçün ABŞ-ın əlavə imkanları göstərilmir”.
Ərdoğan özü ABŞ-a səfər edəcəyi halda uğur şansı praktik olaraq yoxdur – hətta onun səfəri aprelin I yarısında Moskvada Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüş və danışıqlara qədər baş tutarsa da. Amerika ekspertlərindən birinin hesab etdiyi kimi, çünki "Ərdoğan ABŞ-ı – özü də təkcə onu deyil – həmişə kürdlər və Türkiyə arasında seçimdə qəliz dilemmaya aparmağa çalışır”. Amerikanın "Foreign Affairs” nəşri hesab edir ki, bu çəngəldə "münasibətləri qəlizləşdirən başqa problemlərə baxmayaraq, ABŞ və Rusiya arasında potensial işbirliyi ehtiva olunub”. Bu nəşr Trampa tövsiyə edir ki, Suriyadan gedərkən "Türkiyə ilə deyil, Rusiya ilə anlaşmaya gəlsin, bu da Suriyanın sonrakı taleyinə aid danışıqlara qatılmaq üçün daha böyük şanslar verir”.
ABŞ-da əmindirlər ki, Ankaranın Suriyanın şərqində bu və ya başqa bölgə üzərində nəzarət qurmaq səyləri onun "istisnasız olaraq kürdlərin təsirini məhdudlaşdırmaq səyləri ilə motivləşə bilər və tezliklə münaqişənin yenilənməsini törədər”.
Belə bir durumda isə ancaq Moskva "amerikalıların gedişindən sonra yaranacaq geopolitik boşluğu doldurmağa qabildir”, "halbuki Türkiyənin və başqa bölgəsəl oyunçuların davranışını bu başdan söyləmək çətindir”. Və sonra: "Amerika qoşunlarının çıxarılması Türkiyə və şimali-şərqdə Suriya Demokratik Qüvvələri arasında və ya cənubi-şərqdə sünni ərəblərlə Suriya prezidenti Bəşər Əsədin gücləri arasında münaqişənin təzələnməsinə gətirərsə, nəticələr fəlakətli olacaq. İŞİD-in Suriyanın şərqində Fərat çayı vadisinin orta hissəsindəki və İraqın qərbindəki qalan döyüşçüləri baş qaldırar. Bu münaqişə dinc sakinlərin yeni əzablarına dönüşər, nəticədə İordaniya, İraq, Türkiyəyə və Suriyanın hökumət qoşunlarının nəzarətindəki bölgələrinə daha çox adam axışacaq. Bu, Rusiyanı bütün pisliklərin ən babatına çevirir”. Yaranmış durumda Ankara üçün ən yaxşı çıxış yol ABŞ-Rusiya-Türkiyə münasibətlər sistemində görünmək olacaq, bu da birinci növbədə Türkiyənin özündəki sabitliyi və bölgədə müəyyən sabitlik ölçüsü təmin edə bilər. Ola bilsin, Ərdoğan məhz buna can atır. Amma onun üçün ziddiyyətli siqnallar göndərən Trampın hərəkətlərinin alqoritmini tutmaq çətindir, onun müşavirləri isə Ankaranın Suriyanın şərqində hərbi əməliyyat keçirmək cəhdlərini önləməyə çalışırlar. Eyni zamanda Moskva da siyasi tənzimlənmə üçün Türkiyəni kürdlərlə dialoq qurmağın zərurətinə çağırır. Başqa sayaq deyilsə, ABŞ və Rusiya obyektiv olaraq sanki Türkiyənin Suriyadakı həqiqi niyyətlərinin üzərinə işıq salır ki, bu da, Türkiyənin "Milli gazete” nəşrinin fikrincə, "Ankaranın Suriyanın gələcəyinə dair aralarında artıq önəmli fikir ayrılıqları olmayan ABŞ və Rusiya arasında manevrini daraldır”.
İndi amerikalıların Suriyadan gedib-getməyəcəyini söyləmək çətindir. Gedəcəklərsə, onda necə? Türkiyə hələ də Suriyada ABŞ-ın yerini tutmağa, amma bu zaman onun logistik, iqitsadi, kəşfiyyat və hava dəstəyindən yararlanmağa ümid edir ki, əslində, bu da amerikalıların əməliyyatı olacaq. Ərdoğan Trampı buna inandırmağa nail olacaqmı? Baxarıq, amma Vaşinqtonun Suriya kürdlərinə münasibətdə siyasətinin dəyişilməsinə bel bağlamaq hələlik düz gəlmir.
Tərcümə Strateq.az-ındır.