ONA xəbər agentliyi fəaliyyətə başladı

ONA  xəbər agentliyi fəaliyyətə başladı

Onlayn Xəbər Agentliyi (Online News Agency - ONA) fəailiyyətə başlayıb. Sfera.az xəbər verir ki, bu barədə jurnalist Cavid İsmayıl öz səhifəsində yazıb. Cavid İsmayılın statusunu olduğu kimi təqdim edirik. 

Onlayn Xəbər Agentliyinin (Online News Agency - ONA) yaradılmasında əsas məqsəd ölkənin media məkanındakı boşluğu doldurmaq, Azərbaycanda və dünyada baş verən ən mühüm siyasi, iqtisadi və digər yenilikləri işıqlandırmaqdır. Digər məqsəd aparıcı transmilli informasiya agentlikləri ilə sıx münasibətlər qurmaq, qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan həqiqətlərini, respublikanın siyasi və iqtisadi həyatını əks etdirən dolğun məlumatları, ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu haqlı mövqeni dünyaya çatdırmaqdır.

Əsas iş prinsipi dəqiqlik, operativlik, tərəfsizlik olan ONA xüsusi bülletenlər və onlayn rejimdə Azərbaycan, Rus, İngilis, Ərəb, Fransız və Erməni dillərində xəbərlər yayımlayacaq.

İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələr barədə xəbərlər, məqalələr, müsahibələr, ekspert rəyləri yer alır.

ONA-nın foto və video, iqtisadi və siyasi mövzularda analitika xidmətləri də var.

Agentliyin Azərbaycanın bütün bölgələrində, ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan və İranda ofisləri fəaliyyət göstərir.

İstəyimiz oxucuların üz tutacağı ünvana, etibarlı xəbərin mənbəyinə çevrilməkdir.

Agentliyin internet ünvanı belədir: www.ona.az


OXŞAR XƏBƏRLƏR

lham Əliyev Albaniyada işgüzar səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi B...

Zelenski və Ərdoğan sabah Avropa liderləri ilə Albaniyada görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Birliyini...

Kürdə suyun səviyyəsi son 15 ildə ilk dəfə artdı

2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu i...

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...