Emojilər mart ayından avtomobil nömrələrində olacaq - VİDEO

Emojilər mart ayından avtomobil nömrələrində olacaq - VİDEO
Avstraliya avtomobillərin dövlət nömrə nişanına "emoji”lərin yerləşdirilməsinə icazə verib.
 
Sfera.az rus mediasına istinadən xəbər verir ki, martın birindən Kvinslend ştatının sakinləri 475 Avstraliya dolları (572 AZN) ödəyib nömrəni piktoqramma ilə bəzəyə bilərlər. 

Lakin yeniliklə bağlı müəyyən məhdudiyyətlər var. Birincisi, ancaq beş "smaylik”dən istifadə etmək olar. Günəş eynəyi ilə, gülməkdən gözündən yaş gələn, gülümsəyən, göz vuran və sevən "emoji”lər. İkincisi də "emoji”lər rəsmi qeydiyyata keçməyəcək. Dövlət nömrə nişanı əvəlki kimi üç rəqəmdən və iki hərfdən ibarət olacaq.

Kvislend ştatının rəsmiləri əvvəllər də avtomobil nömrələrinə müxtəlif işarələr, şəkillər qoymağa iczə verirdi, məsələn yerli idman klubunun loqosu. Hökumətin fikrincə, "emoji”lər qəza və digər fövqəladə vəziyyətlərin araşdırılmasında yardımçı ola bilər. Lakin bununla razılaşmayanlar da var. Onların sözlərinə görə "smaylik”lər digər sürücülərin diqqətini yayındıra bilər. Kvinslend ştatının hüquqşünaslar birliyinin prezidenti Bill Pottsun fikrincə, bu addımın əsas məqsədi daha çox pul qazanmaqdır.



OXŞAR XƏBƏRLƏR