"Kim Azərbaycanı sevmir?! "- Əfsanə qadın sevgisindən danışdı

 "Bizim orada nə qədər dostlarımız, tanınmış musiqiçilər var!"

Kosmosu fəth etmiş ilk qadın, əfsanəvi kosmonavt Valentina Tereşkova Azərbaycanı və azərbaycanlıları çox sevdiyini bildirib.


Hazırda Rusiya Dövlət Dumasının komitə sədrinin müavini işləyən Valentina Tereşkova  "Vestnik Kavkaza" portalının müxbiri ilə söhbətində Azərbaycanı sevməməyin mümkün olmadlığını bildirib:

"Kim Azərbaycanı sevmir?! Heç olmazsa belə bir adamın adını çəkin! İndi də gözəl ölkədir, əvvəlki kimi", - deyə o vurğulayıb.

"Mən şadam ki, bizim Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq mövcuddur, həm Rusiyanı, həm də Azərbaycanı zənginləşdirən mədəni əlaqələrdən  isə danışmıram", - deyə Valentina Tereşkova bildirib.

"Bizim orada nə qədər dostlarımız, tanınmış musiqiçilər var! Bu ölkəni və xalqı sevməmək olmaz. Mümkün deyil!" – deyə əfsanəvi kosmonavt qadın əlavə edib. 

OXŞAR XƏBƏRLƏR