Paşinyan niyə istefa verməyə hazırlaşır?- İnanılmaz iddia

Paşinyan niyə  istefa verməyə hazırlaşır?- İnanılmaz iddia
Ermənistan Levon Ter-Petrosyanın yeni tövsiyyəsini müzakirə edir

Nikol Paşiyan yaxın aylarda Ermənistan baş naziri vəzifəsindən istefa verəcək.

Bu barədə İrəvanda dərc olunan "Past" qəzeti Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi (EMK) Partiyasının bu yaxınlarda yaydığı bəyanatı şərh edərək bildirib.

Erməni Milli Konqresi Partiyasının yaydığı bəyanatda ölkənin yenidən prezident üsul-idarəsinə keçirilməsinin vacibliyi vurğulanırdı. Partiya bunun üçün yenidən ümumxalq referendumu keçirilməsini vacib sayırdı.   

"Past" qəzetinin yazdığına görə, bu məsələdən Nikol Paşiyanın özünün də xəbəri var, lakin o, Levon Ter-Petrosyanla aralarında olan gizli sövdələşməni komanda üzvlərindən gizlədir. Sadəcə, bu təklifin parlamentdən kənar bir partiya tərəfindən səsləndirilməsi ilə ictimai rəyi yoxlayır.

"Bizim mənbələrin deyiyinə görə, Paşiyan yenidən prezident üsul-idarəsinə dönməyin və Ermənistan prezidenti seçilməyin tərəfdarıdır. Etibarlı məlumatlara görə, bu ideya bilərəkdən EMK vasitəsi ilə ortaya atılıb ki, parlamentdən kənar qüvvənin müsbət təklifi kimi görünsün", - deyə qəzet bildirib.

Əslində, bu, erməni narıncı inqilabının ilk günlərində qarşıya qoyulan əsas məqsəd idi, nümayişçilər Serc Sarkisyanın parlament üsul-idarəsinə keçiddə məqsədinin özü üçün ömürlük hakimiyyət təmin etdiyini bildirirdilər. Çünki Ermənistan konstutisiyasına görə bir nəfər iki dəfədən artıq prezident seçilə bilməzdi. Baş nazirlikdə isə belə məhdudiyyət yoxdur.

OXŞAR XƏBƏRLƏR