\"Qarabağ\"ın futbolçusu \"Yuventus\"da?
15:00 / 21.02.2019
2708
"Qarabağ"ın feysbuk səhifəsi maraqlı paylaşımla diqqət çəkib. Ağdam klubu sosial şəbəkə vasitəsilə Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda "Atletiko"ya uduzan (0:2) "Yuventus"a sataşıb.
Belə ki, Azərbaycan çempionu "Vanda Metropalitano"da rəqib qapısına yol tapa bilməyən "qoca sinyora"ya bunun yollarını göstərib. İspaniyalı yarımmüdafiəçisi Miçelin ötən mövsüm ÇL-in qrup mərhələsində "Atletiko"ya səfərdə vurduğu qolun videosunu paylaşan səhifədə bu sözlər yazılıb: "Yuventus”, "Atletiko”ya necə qol vurmağı görmək istəyirsiniz? Miçel, bəlkə bir oyun(luq)?"
Qeyd edək ki, "Qarabağ" ötən mövsüm "Atletiko" ilə evdə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçə edib. Matc