Ali təhsil müəssisələrinə qəbul imtahanlarının vaxtı dəyişdi

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının vaxtı dəyişdi
Bu il keçirilməsi planlaşdırılan bəzi imtahan günlərində dəyişiklik edilib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. 

I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-nə təyin olunub. Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi iyunun 30-da olacaq. 

Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcək.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır və buradan ətraflı tanış ola bilərsiniz.

Qrafik Mərkəzin saytının "Təqvim” bölməsinə də əlavə edilib. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Həmçinin axtarış sistemində "status” bölməsində "keçirilir”, "keçiriləcək”, "keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca "Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid "xəbərlər”, "e-xidmətlər”, "tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib. 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...