Paşinyan 18.5 milyon dolları kimdən alıb?- İddia

Paşinyan 18.5 milyon dolları kimdən alıb?- İddia
Keçmiş prezidentin qardaşı Aleksandr Sərkisyan dövlətə 18.5 milyon dollar keçirib. Havayı. Bu, sarı mətbuatın dərci, ya da dedi-qodusu deyil, hökumət aparatından KİV-lərdən birinə verilmiş yazılı cavabdır.

"Sivilnet”in bu haqda yazılı sorğusuna baş nazirin aparatından cavab veriblər. "Sivilnet” 2018-ci ilin mayından Ermənistan Respublikasına mülk, dram kimi hansı hədiyyələr və kimdən edildiyi və hansıların artıq yerinə yetirildiyini aydınlaşdırmaq üçün hökumətə sorğu göndərib. Hökumətin cavabında deyilir: "Aleksandr Azatoviç Sərkisyana münasibətdə müxtəlif cinayət işlərinin və istintaq tədbirlərinin qaldırıldığı dönəmdə sonuncu 18.5 milyon dolları könüllü və havayı olaraq dövlətə köçürüb”.

Hökumətin cavabında başqa ayrıntılar qeyd olunmur. Halbuki buna dəyərdi. Özəlliklə, bilmək son dərəcə maraqlı olardı ki, Aleksandr Sərkisyanın dövlətə pul ödəməsi üçün hansı məbləğ və kim tərəfindən və hansı təyinlə və hansı metodika ilə qərara alınıb? Kim və necə qərara gəlib ki, deyək ki, bu, 28.5, yaxud 8.5 milyon deyil, 18.5 milyon dollardır? Amma problem təkcə bu ödənilmiş həcmdə deyil. Baş verən hadisə izahat üçün hansı hüquqi akta, ya da normaya istinadən həyata keçirilib?

Məhkəmə prosesi olmayıbsa və qüvvəyə minən qanuni hökm yoxdursa, ehtimal edilən müttəhim nəyin əsasında belə bir məbləği dövlətə köçürüb? Bu və bir sıra başqa suallar baş verən hadisənin qanunsuzluğundan yaxud şübhəli qanuniliyindən xəbər verir. Ola bilsin, hökumətin hüquqşünasları üstü malalanmış hansısa izahatlar tapa bilərdilər. Amma problem bundadır ki, baş verən hadisə təkcə hüquqi tərəfdən məhrum deyil. Faktiki olaraq bununla örnək formalaşdırılır ki, qabaqlar həyata keçirilmiş cinayətlərin, qanunsuz hərəkətlərin, qəribə sövdələşmələrin fövqəlşübhəli şəkildə varlanmış müəllifləri hökumətə hansısa məbləği ödəyə və azadlıqdan həzz alaraq məsuliyyətdən yayına bilərlər. Başqa cür deyilsə, yeni Ermənistanın yeni hökuməti dövlət səviyyəsində bəzilərinə azadlıq satır və yaxud cinayət indulgensiyasını postfaktum təqdim edir. Məgər yeni Ermənistanın hüquqi düzəni belə olmalıydı, məgər yeni Ermənistanda məhkəmə hökmü olmadan adamlardan məbləğ qoparmalıdırlar və bəyəm Ermənistanın yeni ədliyyəsi ödənişli olmalıymış?

Nə alınır – ödəniş bacarığı olan keçmiş bütün vəzifəli şəxslər və qohumları büdcəyə uyğun məbləğ ödəyərək ədalət məhkəməsindən azad ola bilərlər. Kim bacarmazsa, hökmə görə  məhkum ediləcək. Bu hətta məhkəmə qurumlarının da iştirak etmədiyi seçimli ədliyyəyə  parlaq nümunədir. Hər şeyi hökumət həll edir – başçısı elan edir ki, bacarar, amma məhkəmə hakimiyyətinə diktə etmir. Bundan belə diktə etməyə ehtiyac yoxdur, çünki məhkəmənin baxdığı hökmlər hökumətdə həyata keçirilir.

Konkret olaraq Aleksandr Sərkisyanın məbləğ ödəməsilə bağlı daha bir sual meydana çıxır – bəs bu 18.5 milyon dollar haradandır, onun  qaynağının qanuniliyi sənədlərlə aydınlaşdırılıbmı? Bu və başqa suallar məhkəmədə səslənə bilərdi və səslənməliydi, amma Aleksandr Sərkisyan möhkəmə hökmü olmadan bundan sonra bunları cavablandırmaq borcundan azaddır. Yəni məhkəmə hökmü olmadan azad olmaq hüququnu satın alıb. Tam 18.5 milyona. Yaxud, vur-tut, 18.5 milyona.
(Strateq.az)

Harnik Gevorqyan

ru.1-in.am (Ermənistan), 20.02.2019

OXŞAR XƏBƏRLƏR