Çində kanat qırıldı – Video

Çində kanat qırıldı – Video
Çinin Quandun əyalətində 6 nəfərin olduğu turist qrupu kəndirdən hazırlanmış körpüdən keçərkən xoşagəlməz hadisə ilə rastlaşıblar.

Dəhşətli hadisənin videosu Çin mediasında yayılıb.

Turistlər hərəkətdə ikən onlardan biri tullanmağa və konstruksiyanı yırğalamağa başlayıb. Nəticədə körpü ağırlığa tab gətirməyib və çöküb. Həmin vaxt hərəkət edən insanlar yalnız iplə körpüyə bağlandığından - təhlükəsizlik kəmərində olduğundan xilas ola biliblər.

İnsidenti lentə alan şəxs həmin vaxt körpüdə olmadığı üçün bəxtinin gətirdiyini deyir.

Çin mətbuatı onu da bildirib ki, körpü Yantszyan şəhərinin Yandun rayonunun ən görməli yerlərindən birində quraşdırılıb. Körpü sudan 2,5 metr yüksəkdə qurulub.

Hadisədən dərhal sonra körpü qeyri-müəyyən vaxtadək bağlanıb.Teleqraf



OXŞAR XƏBƏRLƏR