Sumqayıtda qadın abort zamanı öldü - Həkim işdən çıxarıldı

Sumqayıtda qadın abort zamanı öldü - Həkim işdən çıxarıldı

Fevralın 16-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı xəstəxanada qadın abort zamanı dünyasını dəyişib. 

Bununla bağlı Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, beş aylıq hamilə qadın abort zamanı ölüb. 

 

Hadisədən sonra 1978-ci il təvəllüdlü Ç.N.-ni  abort edən həkim Gülnarə Təkləvi işdən uzaqlaşdırılıb.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İstintaq yekununda həkimin təqsiri təsdiqlənərsə, ona müvafiq cəza veriləcək.

Qeyd edək ki, bu barədə ilk məlumatı xəbərlə.com saytı yayıb. Ölən qadın iki uşaq anası olub. Saytın yazdığına görə, hadisədən sonra həkim G.Təkləvi affekt vəziyyətinə düşüb, intihara cəhd edib.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...