Polis kenquru barəsində axtarış elan etdi

Polis kenquru barəsində axtarış elan etdi
Danimarkanın Cənub Yutland regionunun polisi fərdi evdən qaçmış kenqurunu axtarır.

Sfera.az xarici mediaya itinadən xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər.

"Biz Oster Linderdə fərdi evdən qaçmış kenqurunu axtarırıq", - deyə "Twitter"də yayılmış xəbərdə bildirilir. Polis qaçmış heyvanı görənlərdən onlara bu barədə xəbər verməyi xahiş edib.

Danimarka polisinin nümayəndəsi bildirib ki, heyvan şənbə günü axşam saatlarından azadlıqdadır.


OXŞAR XƏBƏRLƏR