Səddamın nəvəsi ilk dəfə danışdı: \"Mənimlə şərt kəsdilər...\"

Səddamın nəvəsi ilk dəfə danışdı: \
İraqın keçmiş lideri Səddam Hüseynin nəvəsi bəzi xatirələrini bölüşüb. 
 
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Harir Hüseyn Kamil 2003-cü ildə ABŞ qoşunları ölkəni işğal etdikdən sonra İraq-Suriya sərhəddini piyada keçmələri barədə necə ölkədən qaçdıqlarını danışıb.
 
Kamil "Səddamın nəvəsi” adlı kitabı barədə verdiyi müsahibədə özünün Səddamın qızı Rağadın oğlu olduğunu qeyd edib. İordaniyada Kanada universitetində təhsil alır. 2003-cü ildə İraqın işğalından sonra ölkəni ailəsiylə birgə tərk edib. Hamin anları belə təsvir edib:
 
"Ölkəni tərk etdiyimizdə gecə soyuq və zil qaranlıq idi. Səddamın qızları Rağad və Rananın uşaqlarıyla birlikdə Mosulda olmalarıyla bağlı xəbərləri aldıqdan sonra getməyə qərar verdik. Biz, uşaqlar və qadınlar gizli yolla sərhəddi piyada keçdik. Çox riskli addım idi. Suriya sərhədçilər orada insan olduğunu hiss etsəydilər atəş açacaqdılar. Suriyada qorxu içində yaşayırdıq. İraq passportumuz yox idi. Daha sonra İordaniyaya qəbul edildik. İraq passportumuz olmadığına görə bizə ərəb passportu, aylıq maaş və ev verildi. Bu vəziyyət indiyə qədər davam edir. Mənim kimi evlənən və xaricə gedənlər xaric”.
 
Kamil ailəsinin öldürülməsiylə bağlı hədə-qorxu aldıqlarını bildirib. İngiltərədən sığınacaq alanda da siyasətlə məşğul olmaması barədə irəli sürülən şərt qəbul etdikdən sonra razılığa gəliblər. 

Sfera.az

OXŞAR XƏBƏRLƏR