Erməni politoloqdan SENSASİON açıqlama:”Tezliklə Qarabağda müharibə başlaycaq”

Dünya
10:04 / 15.02.2019
2860
"Hazırda tərəflər Minsk prosesini bərpa etmək üçün cəhdlər edirlər”.
Bu sözləri Qafqaz İnstitutunun direktoru, tanınımış erməni politoloqu Aleksandr İsgəndəryan bildirib.
"İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən görüşlər münaqişənin nizamlanmasına doğru atılan addımlar olsada tərəflər arasında ziddiyətlər , fərqli bəyanatlar səslənməkdədir. Hazırda tərəflər sülhün qorunması prinsipinə riayət etsələr də hadisələrin gedişi onu göstərir ki, bu sakit vəziyyət uzun sürməyəcək və müharibə başlayacaq”.
İsgəndəryan bildirib ki, müharibənin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq çətindir, lakin olacağı ehtimalı getdikcə çoxalır .
News12.az