Qatı açılmayan cinayət: Bir şəhər niyə məhv edildi?

Qatı açılmayan cinayət: Bir şəhər niyə məhv edildi?
1945-ci il fevralın 13-də ingilis-amerikan avia bombardımançıları Saksoniya əyalətinin hərbi əhəmiyyəti olmayan mərkəzini bombaladılar. Bunun bir məqsədi var idi-Stalinə təsir etmək.
 
Drezden 13-15 fevral tarixində ingilis-amerika  aviasiyası tərəfindən dəhşətli şəkildə dağıdılmağının növbəti ildönümünü qeyd edir. Bunu ona görə yadda saxlamaq lazımıdr ki, gerçəyi və gələcəyi yaxşı anlamaq mümkün olsun. 
Müttəfiq qüvvələri heç bir hərbi əhəmiyyəti olmayan şəhəri bütün tarixi binalarıyla birgə məhv etdilər. Dağıntılar altından onlarla, bəlkə də yüzlərlə min adamın cəsədini tapdılar. Dəqiq rəqəm demək mümkün deyil. Çünki şəhərdən xeyli adam evakuasiya olunmuşdu.
Bu daha sonralar adlandırılacaq "demokratik bombardıman”ların əsasını qoydu. Qərbdə bu hadisə bilərəkdən və tədricən yaddan çıxarılır. Axı Drezdeni ruslar bombalamayıb, ingilislər edib. Artıq kinomotoqraflar tərəfindən belə bir mif ortaya atılıb və tirajlanır ki, guya Stalin müttəfiqlərdən xahiş edib ki, Drezden bombalansın...

Həqiqətənmi Stalin onlardan xahiş edib?

Kraliyət HHQ-nin açıq olan memorandumunda göstərilir ki, britaniyalı pilotlar hədəfi ancaq uçuş zamanı biliblər. Sənəddə etiraf olunur ki, zərbələr fəhlə rayonlarına, qaçqınların və evekuasiya olunmuşların məskunlaşdığı yerlərə vurulub. Bununla da ruslara tüstülənən xarabalıqlarla gözdağı verəcəklər. 
Hər il mülkü əhalinin itkisiylə bağlı rəqəmlər Almaniya tərəfindən "redaktə” olunur. Rəqəmlər azalaraq 18-25 min civarında qərarlaşıb. Halbuki itkilər minimum bir neçə yüz mindir. İlk olaraq itkilər 500 min ətrafında deyilirdi. Gebbelsin yalan maşını rəqəmləri şişirtsə də indikindən qat-qat çoxdu.

Hər il fevralın 13-də Drezdendə 7000 insanın bormbardıman zamanı yandığı Altmarkt meydanına güllər qoyulur. Axşam isə Drezden küçələrində minlərlə insan anım tədbirləri keçirirlər.

Bombardıman necə oldu

Drezdenin bombalanması İkinci Dünya Savaşının ən dağıdıcı hadisələrindən biridir. Amerikalılarla britaniyalılar əsasən gecə vaxtı və mülki obyektləri bombalayırdılar. Gecə vaxtı hədəfləri vurmaq çox çətin idi.
İngilis bombardımançısı "Avro Lancaster” amerikan təyyarələrindən daha çox bomba daşıya bilirdi. Amma düşmən hücumlarını dəf etmək üçün pis silahlanmışdı.Amerikalılar Almaniyanı əsasən gündüz bombalayırdılar və hədəfləri də daha çox hərbi obyektlər, zavodlar və nəqliyyat xətləri idi. Lakin Drezdeni məhv etməklə Stalinə təsir etmək üçün müttəfiqlər qüvvələrini birləşdirdilər.

Fevralın 13-ü axşamı 796 ağır bombardımançı "Avro Lancaster” və doqquz yüksəksürətli "De Havilland Mosquito” iki cinahdan hücuma keçdilər və şəhərə 1478 ton fuqas və 1182 ton yandırıcı bomba atdılar. Üç saatdan sonra Drezdenə ingilislərin yeni təyyarə armadası axın etdi. 529 təyyarə 1800 ton bomba atdı. Almanlar müttəfiqlərin onların hospitalına belə "maraq” göstərəcəyini gözləmirdilər. Şəhərin hava hücumundan müdafiə sistemi belə hücuma hazır deyildi. Zenitçilər ancaq 20 təyyarə vura bilmişdilər. Yerlə yeksan edilən şəhərdə isə insanların ah-naləsi yerə-göyə sığmırdı.

Fevralın 14-də ingilislərə amerikanlılar da qatılır. "Uçan qala” adını alan "Boeing B-17” təyyarələri vağzal və dəmiryolu parkına 771 ton bomba atdılar. Bir gün sonra Drezdenə daha 466 ton amerikan bombası atıldı. Amerika Drezdeni martda, apreldə də bombalamağa davam etdi.

Gecə hücumları əsasən belə baş veririrdi. Əvvəlcə səhnəyə ən peşakar ekipaj, "Kapelmeystr”lar çıxır. Onlar obyektlərə yandırıcı bombalar atmaqla onlardan sonra gələnlərə yol göstərirlər. Daha sonra fuqas bombaları atılırdı. Bobardıman zamanı atəşin mərkəzi 1500 dərəcədən artıq olurdu. Bəzən britaniyalılar xüsusi olaraq havanı yandırırdılar ki, alman şəhərlərinin sakinləri boğulmadan ölsünlər. Bunun üçün napalm bombasından istifadə edirdilər.

Hamburq, Köln, Rurun şəhərləri. Mayns, Frankfurt-na-Mayn, Köninqsberq, Pforçhaym, Kassel, Darmştadt, Haylbronn və bir çoxları, Berlinin böyük hissəsi müttəfiqlərin bombardımanı nəticəsində məhv edilmişdi. Şərqi Prussiyanın mərkəzini sovet ordusunun hücumundan 6 ay əvvəl yer üzündən silmişdilər. Şəhərin xarabaya döndərilməsi rus ordusuna kömək etməmişdi. Stalinqrad və Monte-Kassino təcrübəsi göstərmişdi ki, dağılmış şəhərdə müdafiə olunmaq daha əlverişlidir.
 
Bəzən müttəfiqlərin hava hücumlarının miqyası insanı dəhşətə gətirir. Kiçik Pforçxaym şəhərinə 1945-ci ilin 23 fevralında 365 "Avro Lancaster” və 13 "De Havilland Mosquito” tərəfindən yarım milyon fuqas və yandırıcı bomba atılıb. Nəticədə 18 min insan həlak olmuşdu. Bir çox sakin diri-diri yanmışdı.
İngilislər Vüçburqu ənənəvi musiqi fevtivalı günü xarabaya çevirdilər. Martın əvvəllində britaniyalılar radio ilə alman dinləyicilərini belə xəbərdar etmişdilər: "Diqqət, Motsartın dostları.. Martın 16-da biz onun simfoniyalarından birini ifa edəcəyik”.
Qədim universitet şəhəri hər hansısa hərbi obyektlərə malik deyildi. Şəhərdə ancaq 40 hospital vardı.
17 dəqiqə ərzində onlar kilsələriylə, saraylarıyla, universitet və kitabxanalarıyla məşhur Cənubi Almaniyanın katolik mərkəzini yerlə yeksan etdilər. 2000 dərəcəyə çatan yandırıcı bombalardan beş mindən çox sakin can verdi.

Törətdiklərinə görə vicdan əzabı çəkdiklərini deyən almanlardan fərqli olaraq ingilislər etdiklərinə görə belə hiss duyduqlarını dilə gətirməyiblər. Ancaq məhz həmin ölkələr SSRİ ilə birlikdə Hitleri maliyyə, texnologiya ilə təmin edərək qısa müddət ərzində hərbi gücünü 42 dəfə artırmağa səbəb olmuşdular.
 
Tərcümə Rəşad Babalı


OXŞAR XƏBƏRLƏR